Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir .....                        Bütün bucaqlardan- bütöv .....                        Məşhur rok musiqiçisi vəfat etdi .....                        BMT Ukraynaya görə təcili toplanır .....                        Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                       
Tarix : 27-12-2018, 10:14
Xalça Muzeyinə 110 min ziyarətçi gəlib

Azərbaycan Xalça Muzeyi 2018-ci ili yola salır və son 12 aylıq fəaliyyətinin nəticələrini yekunlaşdırır.
“Bəhs etməyə çox mövzumuz var, çünki bu il ərzində muzeyin fəaliyyəti yeni mərhələyə qədəm qoydu. İlk növbədə, ziyarətçi sayı daim artır. Əgər iki il bundan əvvəl Azərbaycan Xalça Muzeyini 60 minə yaxın insan ziyarət etmişdisə, ötən il bu göstərici 85 min nəfərdən çox, 2018-ci ildə ziyarətçilərin sayı 110 minə çatdı” – Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu muzeyin direktoru Şirin Məlikova deyib.
“Muzeyin fondu, onun bütün kolleksiyaları daim artır. Belə ki, 2018-ci ildə Heydər Əliyev Fondu muzeyin ən qiymətli eksponatlarına çevrilmiş XVII əsrin nadir xalçaları olan "Xətai”(Əjdahalı), "Naxçıvan" və italiyalı kolleksioner Mirko Kattai XIX əsrə aid Qubanın möhtəşəm “Hacıqayıb” xalçasını muzeyimizə hədiyyə etdilər. Bundan əlavə, xaricdən vətənə qaytarılan iki xalça - XIX əsrə aid Quba qrupuna aid “Sırt-Çiçi” və Bakı qrupuna aid “Xilə-buta” xalçası satın alınaraq, bizim kolleksiyamızı zənginləşdirdi.
İstənilən muzeyin fəaliyyətindən biri sərgilərin təşkili və keçirilməsidir. Muzeyimiz tərəfindən həm ölkədaxili, həm də xaricdə - müstəqil olaraq və müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra sərgilər təşkil olundu. Bunlar sırasında muzey keçirilən sərgilər: Bakı xalçalarının yeni çeşniləri, Tahir Salahovun portret xalçaları, qədim kəlağayılar və s., eləcə də xarici sərgi layihələri: Vyanada “Uçan xalça”, Moskvada “Yeddi gözəl”, Çində keçirilən Çinqay Beynəlxalq Xalça sərgisində muzeyin iştirakı və bir sıra digər sərgilər var”.
Bu il Azərbaycan Xalça Muzeyi Topkapı Sarayı Muzeyi, Türk və İslam Əsərləri Muzeyi, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rusiya Etnoqrafiya Muzeyi kimi xarici muzeylərlə işgüzar əməkdaşlığını genişləndirib.
2018-ci ildə Muzeydə iki böyük beynəlxalq tədbir keçirilib.
“Məmnuniyyətlə qeyd etmək istərdim ki, əməyimiz yalnız ziyarətçilər tərəfindən deyil, həmçinin beynəlxalq muzey təşkilatları tərəfindən yüksək qiymətləndirilir. 2018-ci ildə Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb. Muzey həmçinin Avropa Muzey Forumu tərəfindən “Avropanın ən yaxşı muzeyi 2018” mükafatına namizəd muzey arasında idi. O, burada “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olundu. Nəhayət, iki il ardıcıl olaraq, muzeyimiz dünyanın ən yaxşı muzeyi kimi “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!