Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
Tarix : 3-01-2019, 15:24
DGK pirotexniki vasitələrlə bağlı ittihamlara cavab verib

"Yeni il ərəfəsində pirotexniki vasitələrin istifadəsi ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində məlumatlar yayılıb və gömrük orqanlarına qarşı əsassız iddialar irəli sürülüb".
Butov.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.
"Gömrük orqanları mülki dövriyyəsi məhdudlaşdırılan mallara, o cümlədən pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilmsinə qarşı qətiyyətli mübarizə aparır. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanuna əsasən, pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.
DGK-nın Əməliyyat-İstintaq Baş idarəsi tərəfindən pirotexniki məmulatların (partlayıcı qurğular, fişəng və sair) qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısının alınmasına nəzarət daha da gücləndirilərək həyata keçirilən hüquq-mühafizə fəaliyyətinin nəticəsində 2018-ci ilin yanvar ayından bu günə qədər 106 fakt üzrə 7 358 635 ədəd fişəng, petarda və digər pirotexnika məmulatları aşkar edilərək saxlanılıb. Yeni il bayramının gəlməsi ilə əlaqədar pirotexnika məmulatlarının ölkəyə qanunsuz yollarla gətirilməsinin artması səbəbindən təkcə son 1 ayda gömrük orqanları tərəfindən 30 belə fakt aşkar olunub ki, həmin faktlar üzrə 5 988 448 ədəd pirotexniki məmulat Gürcüstandan ölkəyə gələn şəxslərin idarə etdiyi nəqliyyat vasitələrində aşkar edilib.
Həmçinin sözügedən məmulatların gömrük sərhədindən qanunsuz yollarla keçirilməsi üçün, əsasən, nəqliyyat vasitələrinin müxtəlif hissələri gizli saxlanc yerləri kimi istifadə edilib. Belə ki, ayrı-ayrı faktlar üzrə pirotexniki məmulatlardan 250 800 ədədi nəqliyyat vasitəsinin arxa döşəməsinin altında xüsusi üsulla düzəldilmiş yerdən, 5 856 576 ədədi yük nəqliyyat vasitəsinin yük yerində olan kartof məhsullarının arxasında gizlədilmiş yerdən, 14 720 ədəd nəqliyyat vasitəsinin arxa döşəməsinin altında olan yanacaq çəninin yan hissəsində xüsusi hazırlanmış yerdən, 16 200 ədədi nəqliyyat vasitəsinin ön sol, arxa sağ və sol yan qanadlarının içindən, 7 800 ədəd nəqliyyat vasitəsinin salonunda arxa oturacağın söykənəcəyi ilə yük yerinin arasında yanacaq çənində xüsusi olaraq hazırlanmış gizli saxlanc yerindən, 4 800 ədəd nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində düzəldilmiş xüsusi yerdən aşkar olunub.
Qeyd edək ki, pirotexniki məmulatların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi və ya bəyan edilməməsinə, habelə həmin məmulatların uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozmaya, habelə bu maddələrin və məmulatların poçtla və baqajla qanunsuz olaraq göndərilməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmasına görə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
İstifadə olunduğu təqdirdə, insan sağlamlığı, ictimai asayiş və ətraf mühit üçün ciddi fəsadlar törədən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunmaqla partlayış törədir və ətrafa ciddi ziyan vura bilir. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.
Aşkar edilən faktlar üzrə saxlanılan xeyli miqdarda pirotexniki vasitələr məhz, ötən ilin dekabr ayında media nümayəndələrinin iştirakı ilə yandırılaraq zərərsizləşdirilib.
Bundan başqa DGK mütəmadi olaraq pirotexniki vasitələrin aşkar edilməsi, onların insan sağlamlığına qarşı zərəri, bu məhsulların dövriyyəsinin qadağan olunması ilə bağlı məlumatlar yayır.
Həmin məhsulların gömrük sərhədindən keçirilməsinə gəlincə isə bu yalnız qaçaqmalçılıq yolu ilə və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür.
Qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən və gömrük orqanları tərəfində saxlanılan məhsulların sonradan qeyri-qanuni yolla sərbəst dövriyyəyə buraxılması barədə deyilənlər isə gömrük orqanlarına qarşı aparılan qaralama kampaniyasının tərkib hissədidir və əsla həqiqətə uyğun deyil", - deyə məlumatda qeyd olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!