Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 13-03-2019, 12:52
Azərbaycanda kibertəhlükəsizlik məqsədi ilə yeni xidmət istifadəyə verilib

Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) "Yoluxmuş IP" adlı yeni xidmətini internet istifadəçilərinin ixtiyarına verib.
Butov.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən "Kibertəhlükəsizlik: Bizim ortaq məsuliyyətimiz" adlı forumda çıxış edən XDMX-nin nümayəndəsi Tural Məmmədov məlumat verib.
Onun sözlərinə görə, yeni xidmət istifadəçilərə bir sıra üstünlüklər qazandırıb: “İnternet səhifəmizi ziyarət edən hər bir şəxs avtomatik olaraq istifadə etdiyi IP-nin yoluxub-yoluxmaması barədə bildiriş alır. Əgər yoluxma varsa, bu zaman ona tövsiyə olunur ki, "Tövsiyə" bölməsinə keçsin. Həmin bölmədə tövsiyə olunan əməliyyatları yerinə yetirməklə yoluxma barədə geniş məlumat almaq mümkündür".
XDMX rəsmisi onu da deyib ki, təmsil etdiyi qurum sabah www.blacklist.gov.az (“Qara siyahı”) saytını da istifadəyə verəcək. Amma T.Məmmədov yeni saytın mahiyyəti barədə məlumat verməyib.
Bundan başqa, onun sözlərinə görə, son vaxtlar aparılan araşdırmalar nəticəsində məlum olub ki, internetlə müdaxilə hallarının 68%-i serverin təhlükəsizliyinin, 32%-i isə kod təhlükəsizliyinin qorunmaması səbəbindən baş verir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!