Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi işdən çıxarıldı .....                        Qazaxda 4 nəfər dəm qazından zəhərləndi .....                        Azərbaycanda zəlzələ oldu .....                        Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTO .....                        Çin orbitə 6 peyk buraxdı .....                        Bakının mərkəzi küçələrindən biri bağlanır .....                        Gürcüstan Azərbaycandan kömək istədi .....                        Bulvarda dənizdən meyit çıxarıldı .....                        Açıq qalan Qarabağ məsələsi yoxdur - Ceyhun Bayramov .....                       
Tarix : 23-04-2019, 12:14
Gürcüstanın səfiri Tərcümə Mərkəzində
Gürcüstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradze və mədəniyyət attaşesi cənab Georgi Buaçidze Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan–Gürcüstan ədəbi əlaqələri istiqamətində ərsəyə gətirilmiş nəşr layihələrindən – Mərkəz tərəfindən gürcü dilinə tərcümə edilərək, Tbilisidə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı antologiyası” və Azərbaycan dilinə tərcümə edilərək, Bakıda nəşr edilmiş “Gürcü hekayələri” kitabından söz açılıb. Gürcüstan ədəbiyyatının Azərbaycan oxucusuna yaxından tanıdan “Gürcü hekayələri” kitabının ölkə kitabxanalarına və universitetlərə yerləşdirildiyi, tanınmış gürcü şairi, Çarçavadze mükafatı laureatı Bağater Arabulinin kitabının Azərbaycan dilinə tərcümə edilərək, ötən il nəşr edildiyi bildirilib. Daha sonra Azərbaycan ədəbiyyatının Gürcüstanda tanıdılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan perspektiv layihələr müzakirə edilib.
Zurab Pataradze: “Mərkəzin Gürcüstan–Azərbaycan ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi layihələr təqdirəlayiqdir. Tarix boyu dost və qardaş xalqlar kimi yanaşı yaşamış Gürcüstan və Azərbaycan mədəniyyətləri arasında mübadilələrin dərinləşdirilməsi prioritet bir məsələ kimi ölkə başçılarımızın da nəzər-diqqətindədir. Yaxın günlərdə Azərbaycanda qonaq olan Gürcüstan prezidenti, xanım Salome Zurabişvilinin Azərbaycanın Birinci viste-prezidenti Mehriban xanım Əliyeva ilə görüşü zamanı bu məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılıb, mədəni əlaqələrin dərinləşdirilməsi istiqamətində bir sıra qərarlar qəbul olunub. Biz də səfirlik olaraq, bu sahədə Mərkəzlə sıx əməkdaşlıq etmək niyyətindəyik. Xalqların, ölkələrin milli “mən”i haqqında təsəvvürü musiqidən, milli mətbəxdən çox, məhz onun ədəbiyyatı, düşüncə mədəniyyəti yaradır. Bu mənada gördüyünüz işlər çox əhəmiyyətlidir”.
Görüşün sonunda qonağa Azərbaycan dilində nəşr olunmuş “Gürcü hekayələri” kitabı hədiyyə edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!