Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 26-04-2019, 06:25
ABŞ-da senator olmaq istəyən azərbaycanlı

Adətən ailənin tək övladları ərköyün olurlar. Daha çox diqqətlə əhatə olunduqları üçün böyüyəndən sonra çətinliklərlə üzləşəndə əziyyət çəkirlər. O da ailənin yeganə övladıdır. Amma o qədər cəsarətli, əzmkar, zəhmətsevər, intelektual, iradələdir ki, heç deməzsən, evin tək uşağı olub.
Deyir ki, "Anam bütün ömrünü mənə sərf edib. Məni elə yetişdirib ki, müstəqil həyata çox gənc yaşlarımdan hazır olmuşam".
İngilis, ispan, italyan, fransız, portuqal, katalan, rus, türk dillərində sərbəst danışa bilir. Bu azmış kimi yunan, norveç dillərini də öyrənməyə çalışır.
Səkkiz yaşında Üzeyir Hacıbəyov adına simfonik orkestrin müşayəti ilə Filarmoniyada konserti olub. 1999-cu ildə 12 yaşında olarkən respublika fortepianoçuların müsabiqəsində birinci yerə çıxıb. Beş dəfə "Qönçə" musiqi festivalının qalibi olub. 2004-cü ildən ABŞ-a gələnədək "Nə? Harada? Nə vaxt?" intelektual yarışmasında kapitanı olduğu "Diplomat" komandası dəfələrlə ölkə çempionu adına layiq görülüb. Çikaqoya gələndən sonra isə bu ilin mart ayında San Fransiskoda keçirilən ABŞ üzrə "Brain Ring" intelektual müsabiqəsində, Çikaqo yığmasının tərkibində iştirak edərək yarışın qalibi seçilib.
Atası Rəfael Məmmədov ixtisasca mühəndisdir. Bakıdakı şirkətlərdən birinə rəhbərlik edir. Anası Təranə xanım isə kollecdə fizika müəllimidir.
Haqqında söhbət açdığım Türyan Məmmədov 1987-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2004-cü ildə orta təhsilini 20 nömrəli məktəbdə başa vurub. Eyni zamanda 1994-2002-ci illərdə 16 saylı musiqi məktəbində fortepianodan dərs alıb. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində ali təhsilə yiyələnib. 2008-2009-cu illərdə İspaniyanın Barselona Universitetində təhsilini davam etdirərək mədəniyyətlərarası münasibətlər ixtisası üzrə birinci mağistr, 2009-2010-cu illərdə Barselona Muxtar Universitetinin hüquq fakultəsində Avropa Birliyinin hüququ üzrə ikinci magistr, 2013-2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər və diplomatiya üzrə üçüncü magistr dərəcələrinə yiyələnib. Arada 2010-2011-ci illərdə Türkiyədə yaşayıb.
2011-2012-ci illərdə Bakıda xarici şirkətlərdən birində işləyib. 2012-2013-cü illərdə "Azerprodukt" şirkətində satış üzrə direktor olub. 2013-2016-cı illərdə isə "Azerflex" plastik istehsalat sənaye kompleksinə rəhbərlik edib. 2016-cı ildən ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində məskunlaşıb.
Ömür-gün yoldaşı Leyla xanım ixtisasca tarixçidir. Hazırda Çikaqo Potomak Universitetində həm təhsilini artırır, həm də universitetin insan resursları şöbəsində çalışır.
Türyan Çikaqoya köçəndən sonra özəl şirkət təsis edib. Bir müddət sonra bir başqa soydaşımızla birləşərək şirkəti böyüdə bilib. Bu gün bu şirkət xidmət etdiyi sahə üzrə İllinoys ştatında ən böyük qurum sayılır. Təzəlikcə "Absheron Logistics" adlı yeni bir şirkət də təsis ediblər.
Dünyanın 51- 33 Avropa, 8 Afrika, 10 Asiya ölkəsində səfərdə olub. İndi də Avstraliya və Cənubi Amerika ölkələrinə səyahət etməyi arzulayır. Ən böyük arzusu isə ABŞ-da senator olmaqdır. Harvard kimi dünyanın məşhur universitetlərindən birində doktoranturada təhsil alıb, alimlik dərəcəsinə yiyələnməyi planlaşdırır. Söyləyir ki, nəyin bahasına olursa olsun, kifayət qədər var-dövlətə sahib olandan sonra, öz hesabına Bakıda gənclərin intelektual mərkəzini yaradacaq. Göründüyü kimi arzuları möhtəşəmdir.
Qəhrəmanlarımın arasında ən zarafatcıl, fövqaladə istedada malik, hazırcavab, enerji dolu bu gənc sözün əsl mənasında vətənpərvərdir. İnanıram ki, ABŞ senatorları sırasında nə vaxtsa onu da görə biləcəyik.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!