Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 10-09-2019, 12:06
İsti Yupiterin atmosferində ilk dəfə kalium tapılıb
Astronomlar ilk dəfə olaraq iki isti Yupiterin atmosferində kalium atomlarını aşkar ediblər. İşin nəticələri ekzoplanetlərin atmosferində baş verən kondensasiya və ya fotoionizasiya prosesləri haqqında daha çox məlumat əldə etməyə imkan verir.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, öz ulduzlarına yaxın olan isti yupiterlərin atmosferində natrium və kalium atomlarının olması təxminən 20 il öncə nəzəri olaraq təxmin edilmişdi. Hər iki element planetin öz ulduzunun diskinin qarşısından keçməsi zamanı optik spektrlərdə aydın udulma zolaqları vermişdir. Bu halda ulduzdan gələn işığın bir hissəsi planetin atmosferindən keçir və müxtəlif kimyəvi elementlər tərəfindən udulur ki, bu da atmosferin kimyəvi tərkibini təyin etməyə imkan yaradır.
Əvvəllər HD189733b və HD209458b ekzoplanetlərinin atmosferdə natrium aşkar edilməsi ilə əlaqədar işlər dərc olunmuşdu, lakin indiyə qədər bu isti yupiterlərin atmosferində kalium atomunun etibarlı şəkildə qeydə alınması halları olmamışdır.
Astronomlar qeyd olunan ekzoplanetlərin yuxarı atmosfer təbəqələrində böyük dəqiqliklə kalium atomlarının və HD209458b atmosferində natrium atomları miqdarının HD189733b atmosferindəkindən iki dəfə az olmasını aşkar ediblər. Fərz olunur ki, belə fərqlər planetlərin özlərinin yaranması prosesi ilə bağlı deyildir. Fərq, atmosferin yuxarı qatlarında fotoionizasiya və (və ya) atmosferin aşağı qatlarında metal buxarlarının kondensasiya prosesləri, həmçinin atmosferdə buludların meydana gəlməsi mexanizmlərinin müxtəlifliyi nəticəsində yaranır.
Əvvəllər dörd yeni isti yupiter tapılmışdır ki, onlardan biri, bu günə qədər məlum olan ən isti, qəribə orbitli ekzoplanetdir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!