Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                       
Tarix : 11-10-2019, 14:26
Azərbaycan Yaxın Şərqdə turizm potensialının təbliğatını genişləndirir

Azərbaycan Turizm Bürosu əsasən Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış “Wego” onlayn turizm platforması ilə əməkdaşlığa başlayıb.
Butov.az-a verilən məlumata görə, bu barədə münasibətini bildirən Azəbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycana son illərdə Yaxın Şərqdən gələnlərin sayında ciddi artımın müşahidə olunduğunu qeyd edib.
Florian Zenqstşmid bu əməkdaşlığın gələcəkdə Avropa və Asiya sərhədində yerləşən, Şərq və Qərbin unikal vəhdəti olan Azərbaycana daha çox turistin səfər etməsinə səbəb olacağını diqqətə çatdırıb.
O, 2018-ci ildə ölkəyə Körfəz ölkələrindən olan 200 mindən çox turistin gəldiyini və bu rəqəmin əvvəlki ilə nisbətdə 30% artım sayıldığını qeyd edib.
“Wego” platformasının Yaxın Şərq və Hindistan üzrə direktoru Mamoun Hmedan əməkdaşlığa münasibətini bildirərək Azərbaycanın Yaxın Şərq və Şimali Afrika üzrə ən yaxşı 3 destinasiyadan biri sayıldığını qeyd edib və 2019-cu ildə ötən ilə nisbətdə Körfəz ölkələri səyahətçiləri tərəfindən Azərbaycan haqda onlayn axtarışların 60% artdığını bildirib.
O, son illər keçirilən beynəlxalq yarışların, istirahət üçün unikal turizm infrastrukturunun, həmçinin qida çeşidlərinin bolluğunun Körfəz ölkələri səyahətçiləri üçün Azərbaycanı cəlbedici ölkəyə çevirdiyini vurğulayıb.
Qeyd edək ki, 52 ölkədə nümayəndəliyi olan, veb saytı 20 dildə fəaliyyət göstərən, eyni zamanda tətbiqetməsi 16 milyondan çox insan tərəfindən istifadə edilən “Wego” hotel və uçuşlar üzrə fəaliyyət göstərən 700 saytda baş verən prosesləri real vaxtda istifadəçilərinə təqdim edir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!