Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Azərbaycan daim Pakistanın yanındadır .....                        Şəmkirdə qəsdən adam öldürmə cinayətinin üstü açıldı - Birgə məlumat .....                        Narkotikə görə saxlanılan şəxs həbs olundu .....                        Liseydə güllənənən müəllimin atası danışdı - VİDEO .....                       
Tarix : 17-10-2019, 12:15
 Rusiyada Azərbaycanın turizm potensialının təbliğatı genişləndirilir

Azərbaycan Turizm Bürosu ilə “Profi+travel” portalı arasında əməkdaşlıq çərçivəsində Azərbaycana həsr olunan xüsusi səhifə istifadəyə verilib.
Butov.az-a verilən məlumata görə, Rusiya və MDB məkanında 140 mindən çox qeydiyyatdan keçmiş istifadəçisi olan portalla birgə yaradılmış səhifədə Azərbaycanın mədəniyyəti, milli məbəx nümunələri, təbiəti, şərabçılıq ənənələri, turizm marşrutları və s. barədə məlumatlar öz əksini tapıb.
Viza qaydaları, valyuta, nəqliyyat sistemi, ölkənin iqlimi, tətil və bayram günləri haqda ətraflı informasiyalar yerləşdirilən səhifənin sonunda Rusiyadan olan məşhur bloqqerlərin Azərbaycana dair təəssüratlarına da yer verilib.
Həmçinin səhifəyə keçidləri çoxaltmaq məqsədilə rəqəmsal sferada xüsusi reklam bannerlərinin yerləşdirilməsi işlərinə başlanılıb.
Gündəlik 67 min ziyarətçi sayı olan “Profi+travel” onlayn portalının əsas funksiyası müxtəlif ölkələrin turizm məhsullarının tanıdılmasını həyata keçirmək və partnyorlarla biznes əlaqələrinin genişləndirilməsinə dəstək göstərməkdir.
Bundan əlavə, portal vasitəsilə turizm destinasiya və məhsulları turizm mütəxəssisləri arasında B2B (Biznesdən-biznesə) və B2C (Biznesdən-müştəriyə) formatlarında təbliğ olunur.
Səhifəyə keçid etmək üçün bu linkdən istifadə edə bilərsiniz:


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!