68 yaşlı kişi özünü borudan asdı .....                        Qiyamçılar Hələbə daxil oldular .....                        Gürcüstanda etirazçılara xəbərdarlıq edildi .....                        Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - Yeni təyinat .....                        Masazırda evdə uçqun - ölən və yaralananlar var .....                        Gürcüstanda qarşıdurma güclənir - Hərbçilər də etiraza qoşuldu .....                        Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı .....                        4400 Qarabağ ermənisinə Ermənistan vətəndaşlığı verilib .....                        Rusiya "3+3"ü təşkilata çevirmək istəyir .....                       
Tarix : 24-10-2019, 09:24
Cocuq Mərcanlıya media-tur təşkil edildi
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə media-tur təşkil olunub.
Butov.az xəbər verir ki, Teleqraf.com-un Cocuq Mərcanlı kəndinə ezam olunan müxbirinin məlumatına görə, cari ilin mart ayında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sakinlərə gübrə paylanılıb.
72 vətəndaşa 24 ton Ammonium nitrat və 16 ton Ammofos olmaqla 40 ton həcmində mineral gübrə ödənişsiz verilib.
Bu gün isə 51 ailəyə 13600 kq ammofos gübrəsi ödənişsiz paylanılacaq.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılıb. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyət İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.
Hal-hazırda “Aqrolizinq” ASC-nin əsas fəaliyyət prinsipləri - kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqidir.
Səhmdar Cəmiyyət tərəfindən bu prinsiplər əsasında da yüksək səviyyədə xidmət təşkil edib.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində Regional nümayəndəliklərin və rayon bölmələrinin böyük rolu var. Hazırda Səhmdar Cəmiyyətin 9 regional nümayəndəliyi, 44 rayon bölməsi və 3 təchizat bazası fəaliyyət göstərir.
Bu bölmələr “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən texnikaların, o cümlədən kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının komplektləşdirilməsini, istifadə edilməsini və lizinq yolu ilə satışını həyata keçirir.
Qeyd edək ki, cari il ərzində “Aqrolizinq” ASC hüquqi və fiziki şəxslərə strateji əhəmiyyətli kənd təsərrüfatı məhsulu hesab edilən taxıl bitkilərinin biçininə dəstək olmaq üçün kifayət qədər kənd təsərrüfatı texnikaları ayırıb.
Belə ki, 2019-cu ilin taxıl biçini zamanı 738 ədəd müasir tipli kombaynlardan istifadə etməklə, 20 gün tez operativ və itkisiz biçin həyata keçirilmişdir, biçinin sürətli və keyfiyyətli aparılması üçün GPS nəzarət sistemindən istifadə edilib.
Cari il üçün pambıq məhsulunun yetişdirilməsi və pambıq yığımı zamanı aqrotexniki xidmətlər yüksək səviyyədə təşkil edilib. Becərilmə zamanı texnika təminatı və 70%li güzəştlə pestisid satışı yüksək səviyyədə təmin edilib.
Məhsulun yığımı zamanı 140 müasir tipli kombayn iştirak edir, daşınmada traktor və qoşqu təminatı həyata keçirilir.
Məlum olduğu kimi, “Aqrolizinq” ASC tərəfindən cari il ərzində iki dəfə rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib. Belə ki, cari ilin fevral-may aylarında həyata keçirilən ilk səyyar satışdan 257 kənd üzrə 1643 vətəndaş yararlanıb.
Satış zamanı 1099,15 ton mineral gübrə satılıb.
Sentyabrın 10-dan başlayan 22 oktyabrın tarixinə qədər davam edən ikinci səyyar satış zamanı isə 338 kənd üzrə 3505 vətəndaşa xidmət göstərilib. Səyyar satış zamanı 1991,31 ton mineral gübrə satılıb.
Hazırda bölgələrdə səyyar gübrə satışı davam edir.
Səyyar satış qaydalarında və qiymətlərdə dəyişiklik edilməyib.
Vətəndaşlar yalnız tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müraciət etməsinə ehtiyac yaranmır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!