AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Əliyar Ağayevə cəza verildi .....                        Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var .....                        Sabah 18 kənddə işıq olmayacaq .....                        Fidan Əraqçi ilə danışdı .....                        Prezidentin Gürcüstan səfəri başa çatdı .....                       
Tarix : 7-11-2019, 14:09
Oktyabrda “Sağlam məktəbli” layihəsi çərçivəsində 27 ümumtəhsil müəssisəsində şagirdlərlə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məktəblilərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi “Sağlam məktəbli” layihəsi davam edir.
Butov.az-a verilən məlumata görə, cari ilin oktyabr ayı ərzində layihə çərçivəsində Respublikanın 14 bölgəsində 27 ümumtəhsil müəssisəsində məktəblilərlə görüş keçirilib. Görüşlər Bakı, Gəncə, Şəki, Sumqayıt, Xırdalan, Şirvan, Tovuz, Salyan, Ucar rayonlarında çoxluq təşkil edib. Görüşlərdə Agentlik və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları qida təhlükəsizliyinə dair müxtəlif mövzularda təqdimatla çıxış ediblər.
Təqdimatlarda məktəblilərin xüsusi maraq dairəsinə daxil olan ilkin qida təhlükəsizliyi vərdişləri, gündəlik qida rasionun təşkili, süd və süd məhsullarının faydaları, məktəblinin sağlam qidalanması, qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər, enerji içkilərinin insan orqanizminə zərərləri, plastik qabların və torbaların qida məhsullarına təsiri, mal qonşuluğu və s. kimi mövzulara toxunulub. Bundan başqa Agentlik tərəfindən hazırlanan maarifləndirici video-çarxlar və materiallar şagirdlərə təqdim olunub, onların qida təhlükəsizliyi ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Layihədə ümumilikdə 3500-dən çox müəllim və şagird heyəti iştirak edib.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin 2019-20-ci tədris ilində respublikanın bütün bölgələri üzrə 120 ümumtəhsil müəssisəsində keçirilməsi nəzərdə tutulub.
Oktyabrda “Sağlam məktəbli” layihəsi çərçivəsində 27 ümumtəhsil müəssisəsində şagirdlərlə görüş keçirilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!