Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 26-11-2019, 13:09
Bitki mənşəli məhsulların monitorinqi proqramı hazırlanacaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda bitki sağlamlığı və fitosanitar nəzarəti üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı yaradılan komissiyanın işçi qruplarının iclası keçirilib.
Butov.az xəbər verir ki, AQTA-dan Azvision.az-a verilən məlumata görə, işçi qruplar tərəfindən Bitki sağlamlığına nəzarət üzrə qanunvericiliyin təkmilləşdirilməsi, əkintəyinatlı torpaq sahələrində bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən istifadəyə dair monitorinqlərin aparılması, bitki mühafizəsi vasitələrinin qeydiyyatı, dövriyyəsinə və istifadəsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin bitki mənşəli məhsullarda aqrokimyəvi maddələrin və pestisidlərin qalıqlarının monitorinqi proqramının hazırlanması və icrasının təmin edilməsi müzakirə edilib.
İclasda beynəlxalq təcrübə nəzərə alınmaqla, bitki sağlamlığı ilə bağlı risklərin təhlili mexanizminin yaradılması, qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektləri ilə bağlı mövcud vəziyyətin araşdırılması və bu sahədə problemlərin müəyyənləşdirilməsi, zərərvericilərdən azad zonaların yaradılması, əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə inteqrir mübarizə tədbirləri sisteminin hazırlanması və tətbiqi üzrə məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Müzakirə olunan məsələlərlə bağlı təkliflər irəli sürülüb.
Sonda görülən işlərə dair hesabatlılığın ayın sonunadək Komissiya rəhbərinə təqdim edilməsi ilə bağlı tapşırıqlar verilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!