Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 27-11-2019, 14:04
AMEA-nın strukturu dəyişdirilir
AMEA Rəyasət Heyəti Aparatının strukturunun və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən yaradılan komissiyanın ilk iclası keçirilib.
Butov.az xəbər verir ki, Akademiyadan Teleqraf.com-a verilən məlumata görə, iclası komissiyanın sədri, AMEA-nın akademik-katibi Əminağa Sadıqov açaraq AMEA prezidentinin sərəncamının icrası ilə bağlı komissiyanın qarşısında duran vəzifələrdən danışıb.
O bildirib ki, komissiya tərəfindən Azərbaycan elminin və Milli Elmlər Akademiyasının gələcək inkişaf perspektivlərini nəzərə alaraq AMEA Rəyasət Heyəti aparatının yeni strukturunu, “Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturası”nın yeni layihəsini və geniş elmi dünyagörüşə, hərtərəfli biliyə malik, məsuliyyətli və işgüzar mütəxəssislərin obyektiv meyarlar əsasında seçimini təmin etmək məqsədilə təkliflər hazırlanıb yaxın günlərdə AMEA-nın prezidentinə təqdim olunmalıdır.
Komissiya sədri AMEA Rəyasət Heyətinin fəaliyyətinin optimallaşdırılması, aparatın strukturunun təkmilləşdirilməsi, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsi, dövlət proqramlarının icrasının təmin edilməsi sahəsində fəaliyyətin yaxşılaşdırılması, elektron sənəd dövriyyəsinin daha geniş tətbiqi və sənədlərin icrasına nəzarətin gücləndirilməsi məqsədilə təkliflərin hazırlanmasını da komissiyanın qarşısında duran əsas vəzifə kimi xüsusi vurğulayıb.
İclasda eyni zamanda AMEA-da vəzifə nomenklaturasının yenidən işlənilməsi, AMEA Rəyasət Heyəti aparatına, onun struktur bölmələrinə kadrların seçimi və işə qəbulunun obyektiv meyarlar əsasında ciddi ekspertizası istiqamətində müvafiq təkliflərin hazırlanması istiqamətində də müzakirələr aparılıb.
Qeyd edək ki, adıçəkilən komissiyanın sədri AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, üzvləri isə Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri, aparatın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyevdir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!