Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 25-12-2019, 14:12
Tacikistanın “Aprelevka” müştərək mədən müəssisəsinin  nümayəndələri Azərbaycanda səfərdə olublar

Tacikistan Respublikasının “Aprelevka” müştərək mədən müəssisəsinin nümayəndələri 16-22 dekabr tarixlərində Azərbaycanda səfərdə olublar. Səfərin ilk günü “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında görüş keçirilib. Butov.az-a verilən məlumata görə, görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, həmçinin digər idarə heyətinin üzvləri və aidiyyatı şöbələrin rəhbərləri, Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli, “Aprelevka” müştərək mədən müəssisənin baş mühəndisi Farrux Boboev, baş geoloqu Baxador Talbonov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.
Qonaqları salamlayan Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti, görülən işlər və öndə duran vəzifələr haqda qısaca məlumat verib, təcrübə mübadiləsinin əhəmiyyətindən və əməkdaşlıq perspektivlərindən danışıb.
Tacikistanlı nümayəndə heyəti təcrübə mübadiləsi üçün yaradılan şəraitə görə təşəkkür edib, bu səfərin əməkdaşlıq baxımından səmərəli olacağını bildirib.
Səfər çərçivəsində qonaqlar “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində olublar. “Aprelevka” müştərək mədən müəssisənin mütəxəssisləri Çovdar mədənin qırma-ələmə, topa qələviləşdirmə sahələrində mövcud maddi-texniki baza ilə tanış olub, adsorbsiya desorbsiya və emal zavodu, laboratoriyaya baxış keçiriblər. Qonaqlara hasilat prosesi ilə yanaşı, işçilərin sağlamlığının qorunması və əməyin təhlükəsizliyinin təmin edilməsi, eləcə də asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şərait və ətraf mühitin mühafizəsinə dair görülən işlər barədə də məlumat verilib.
Səfərin davamında nümayəndə heyəti Cəmiyyətin Ağyoxuş və Tülallar sahələrinə də baş çəkərək, geoloji kəşfiyyat, buruq-qazma işlərində istifadə edilən texnika və avadanlıqlarla tanış olub, kəşfiyyat işləri zamanı götürülmüş kern nümunələrinin saxlanıldığı anbarlara baxış keçiriblər. Cəmiyyətin mütəxəsisləri hasilat prosesinin bütün mərhələləri barədə ətraflı məlumat verib və qonaqları maraqlandıran sualları cavablandırıblar.
Daha sonra tərəflər geoloji kəşfiyyat və hasilat proseslərinin həyata keçirilməsində, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyətə dair fikir mübadiləsi aparıblar. Tanıtım-təcrübə səfəri tacikistanlı qonaqlarda dərin təəssürat yaradıb.
Tacikistanın “Aprelevka” müştərək mədən müəssisəsinin  nümayəndələri Azərbaycanda səfərdə olublar


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!