Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 25-04-2014, 16:54

 

 

BAXCP Xilaskar Türk əsgərini andı

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər aprelin 24-də Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Bu barədə məlumat verən partiyanın mətbuat xidmətindən bildirilib ki, 2005-ci ildən etibarən BAXCP hər il aprelin 24-nü Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd edir.

Türk əsgər və zabtlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal şəhidlərini hörmətlə anıblar.

Ziyarətçilər qarşısında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını vurğulayıb: "Ancaq çox təəssüf edirik ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ermənilərin uydurma soyqırımına münasibət bildirdi və dolayısı ilə də olsa bu "soyqırımı" tanıdı. Baş nazirin 1915-ci ildə həlak olan ermənilərin nəvələrinə baş sağlığı mesajı verməsi buna bariz nümunədir. Biz onsuz da Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın ermənilərə olan sevgisini bilirdik. Məhz bu sevginin nəticəsidir ki, AKP hakimiyyəti bu gün Ermənistanla ticarət əlaqələrini genişləndirib və həmin ölkədən Türkiyəyə iş dalınca gedən ermənilərə hər cür şərait yaradılıb".   

BAXCP sədri deyib ki, bütün bunlara baxmayaraq 

Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımın qarşısını alan, istiqlal mücadiləmizə dəstək verən qəhrəman türk əsgər və zabitlərinin xatirəsi hər zaman əziz tutulacaq, könüllərdə yaşayacaqdır: "Əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözüylə baxarsa, o zaman 24 aprelin "erməni soyqırımı" günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər".

 

 

 



Paylaş



Bölmə: Xəbər / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!