Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 6-02-2020, 08:48
AMEA-nın 75 illik yubileyi ərəfəsində təsisçilərə aid informasiya mənbələri MEK fondlarında
Bu il Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunmasının 75 ili tamam olur.
Butov.az-a verilən məlumata görə, 2014-cü ildə AMEA Mərkəzi Elmi Kitabxanasında akademiyanın 15 təsisçisinin xatirəsinə həsr olunmuş qalereyada Əməkdar İncəsənət Xadimi, akademik Ömər Eldarovun rəhbərliyi ilə gənc heykəltaraşlar tərəfindən yaradılmış büstlər MEK tərəfindən 5 dildə tanıtım lövhələri və 3 dildə viki-QR-kodlar ilə təmin edilib.
MEK fondlarında AMEA-nın təsisçilərinə aid sənədlər mühafizə olunur. Sənədlər sırasında kitablar, biblioqrafik göstəricilər, məqalələr və başqa formatda MEK-in elektron kataloqunda və rəqəmsal bazasında yer almış informasiya mənbələri var.
Qeyd edək ki, 1923-cü ildə yaradılan Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyəti 1929-cu ildə yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılıb. 1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib. 1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrilib. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya, Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat elmi-tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradılıb.
Keçmiş SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan Elmlər Akademiyasına (EA) çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətinə Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə.Əlizadə, M.Topçubaşov, M.Useynov, H.Hüseynov və İ.İ.Şirokoqorov daxil olub.
1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçilib. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013–2019) akademiyanın prezidenti olmuşlar.
2019-cu ildən AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevdir.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli fərmanı ilə Azərbaycan EA-ya “Milli Elmlər Akademiyası” statusu verilib və bu tarixi fərman Azərbaycamda fundamental elmin əldə etdiyi nailiyyətləri, ölkənin sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren dövlətimizin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!