İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 18-02-2020, 13:07
Serbiya ilə sosial təminat sahəsində əməkdaşlığa dair müzakirələrə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Serbiya Respublikası Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyinin nümayəndə heyəti ilə birgə Azərbaycan və Serbiya arasında sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələr aparılır.
Butov.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirin müşaviri Mustafa Abbasbəyli ölkəmizdə aparılan uğurlu sosial siyasətin nailiyyətləri barədə nümayəndə heyətinə məlumat verib. O, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, habelə pensiyaların artırılması istiqamətində atılan mühüm addımları qeyd edib. M.Abbasbəyli Azərbaycanda sosial sahədə aparılan genişmiqyaslı islahatları diqqətə çatdırıb, DOST konsepsiyası barədə ətraflı məlumat verib. Serbiya ilə sosial təminat sahəsində ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu deyib. Bu sahədə əlaqələrin qarşılıqlı fayda verəcəyini, xüsusilə də hər iki ölkənin vətəndaşlarının digər ölkədə gələcək bərabər hüquqlu, etibarlı pensiya təminatına nail olması üçün önəmli olacağını vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri, Serbiyanın Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər nazirinin köməkçisi Zoran Milosevic ölkəsində əhalinin sosial müdafiəsinin təmin edilməsi üçün aparılan işləri və həyata keçirlən islahatlardan bəhs edib. O bu sahələrdə, eləcə də pensiya təminatı sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüş Azərbaycanın və Serbiyanın sosial təminat, xüsusilə pensiya sistemləri barədə qarşılıqlı təqdimatlarla, maraq doğuran sualların cavablandırılması ilə davam edib. Sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrin yekunlarına dair protokol imzalanacaq.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!