Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 13-03-2019, 08:23
Azərbaycanda pensiya islahatlarına dəstək məqsədilə icra olunan tvinninq layihəsi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) dəstəyi ilə icra olunan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatının əhalinin sosial müdafiəsində önəmli rola malik olduğunu, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının pensiya təminatı sisteminin inkişafında da əhəmiyyətli irəliləyişlərə imkan verdiyini vurğulayıb. Nazir dövlət başçısının tapşırığına əsasən, ölkədə pensiyaların artırılması və pensiya təminatının əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu sahədə avtomatlaşdırılmış mexanizm üzərində proaktiv xidmətlərin qurulması istiqamətində mühüm addımların atıldığını qeyd edib.
S.Babayev deyib ki, sosial sahədə aparılan genişmiqyaslı islahatlar, digər tərəfdən, pensiya təminatı sisteminin qabaqcıl Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi hədəfinə xidmət edir. İki il əvvəl başlanan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi bu istiqamətdə islahatlara dəstək məqsədi daşıyıb. Pensiya təminatı üzrə avtomatlaşdırılmış maliyyə nəzarəti sisteminin (elektron auditin) inkişaf etdirilməsi sahəsində bacarıqların və vasitələrin, səmərəliliyin artırılması, büdcə tərtibatı prosesinin institusional və texniki aspektlərinin təkmilləşdirilməsi, büdcənin tərtibatında strateji planlaşdırma mexanizmlərinin gücləndirilməsi və s. ilə bağlı layihə çərçivəsində Avropanın qabaqcıl təcrübələri əsasında qiymətləndirmələr aparılıb, konseptual və təlimat sənədləri, təkliflər, tövsiyələr hazırlanıb. Avropalı ekspertlərlə birgə layihənin bütün komponentləri üzrə məqsədyönlü işlər aparılıb. Pensiya sahəsində islahatlar prosesində bu layihə üzrə görülmüş işlərin nəticələri, eyni zamanda, qabaqcıl təcrübələrin öyrənilməsi xüsusi önəm kəsb edir.
Qeyd edək ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın Sosial İşlər və Səhiyyə Nazirliyi, Əmək, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq Nazirliyi, Avropa və Beynəlxalq İşlər Nümayəndəliyi ilə birlikdə həyata keçirilib. Bu, Fransa ilə tərəfdaşlıqda icra olunan artıq üçüncü tvinninq layihəsidir.
Azərbaycanda pensiya islahatlarına dəstək məqsədilə icra olunan tvinninq layihəsi yekunlaşıb


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!