Nigar Fərhadın verilişi bağlandı .....                        Yük maşınının sürücüsünü tok vurub öldürdü .....                        Qalmaqallı şirkətdə bu mənzillərin satışı dayandırıldı .....                        Tehranın məktubu Vaşinqtona çatdı .....                        Sertifikasiya imtahanında iştirak edənlərin sayı .....                        Kılıçdaroğlu CHP-yə yenidən sədr gəlir - Partiyadan AÇIQLAMA .....                        Hava yenidən soyuyacaq - Sulu qar yağacaq .....                        9 milyonluq yeyintiyə görə tutulan polkovniklə bağlı qərar .....                        ADY stansiyalarda yeni turniketlər istifadəyə verdi - FOTO .....                       
Tarix : 2-03-2017, 12:23
Fərdi uçot sistemində 37 846 nəfərə şəxsi hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq fərdi şəxsi hesab açılanların sayında artım dinamikası cari ilin fevral ayında da davam edib.

Butov.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ötən ay sistemdə əlavə olaraq 37 846 nəfər şəxs qeydiyyata alınıb ki, bu da əvvəlki yanvar ayı (21 545 nəfər) ilə müqayisədə 75,7 faiz çoxdur.

1 mart 2017-ci il tarixinə fərdi uçot sistemində qeydiyyatda olan vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox, yəni 3 431 299 nəfər təşkil edib. Onlardan 59,5 faizi kişilər, qalanları isə qadınlardır.

Sığortaolunanlar arasında 30 yaşa qədər olanlar 685 226 nəfər (20 faiz), 30-40 yaşlarında olanlar 885 389 nəfər (25,8 faiz), 40-50 yaşlarında olanlar 682 563 nəfər (19,9 faiz), 50-60 yaşlarında olanlar 715 281 nəfərdir (20,8 faiz). Qalan sığortaolunanlar 60 yaşdan yuxarı olan şəxslərdən ibarətdir.

Fərdi uçot sistemi Azərbaycanın sığorta-pensiya sisteminin vacib elementi olmaqla, əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Sistemdə uçota alınan hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açıldıqdan sonra bunu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir və sığortaolunana təqdim edilir.

Sığortaolunan onun üçün açılmış fərdi şəxsi hesabında gələcək pensiya təminatı üçün kapitalı toplamaq imkanı əldə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə sığortaolunan fərdi şəxsi hesabındakı öz pensiya kapitalının toplanmasına mütəmadi nəzarəti də həyata keçirə bilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!