"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 5-05-2020, 16:03
Bir yaşlı, amma yetkin sayt: Ad günün mübarək, "24 Media"!

Etiraf etmək lazımdır ki, yüzlərlə media orqanının bir-biri ilə rəqabət halında fəaliyyət göstərdiyi bir vaxtda onlar bir çox hallarda təsərək qeyri- peşəkarlığa yol verir, ictimaiyyətə yoxlanılmamış, dəqiq olmayan məlumatlar ötürürlər. Bu, ilk zamanlar "informasiya çirkliliyi"nə səbəb olursa, çox keçmədən həmin KİV- in özünü gözdən salır, qazanılan az- maz imic tez bir zamanda itir. Bundan sonra oxucular internet axtarış sistemlərində heç səhvən olsa da həmin saytların adını yazmırlar.

Adətən yuxarıda qeyd etdiyimiz yeni media vasitələri "Şok"lar, "Son dəqiqə"lərlə dolu sərlövhələrlə gündəmə gəlirlər. Bir müddətdən sonra bilinir ki, bacardıqları sensasiyadan başqa bir şey deyil. Yəni təxminən sabun köpüyü kimi...

Fəqət belə qeyri- peşəkar informasiya portalları ilə mübarizə aparan, onlara nümunə ola bilən KİV də az deyil. İndi belələrindən konkret biri - Azərbaycan media mühitinə yenicə daxil olsa da, artıq öz yeri və mövqeyi ilə seçilən "24Media.az" haqqında danışmaq istəyirəm. Sayt ötən ilin təxminən bu vaxtları oxucularla görüşə gəlib, yəni bir yaşının ərəfəsindədir. Amma dünyaya yeni gələnlərdən, hələ düşdüyü mühiti anlamağa çalışanlardan fərqli olaraq şıltaqlıq etmədi, əksinə, ilk vaxtlardan etibarən ciddiliyini qorudu. Bəlkə, buna təəccüblənənlər də oldu. Çünki sayt heç yıxılmadı, büdrəmədi. Əvəzində, həyatın hər üzünü görmüş, özünə güvənən adamlar kimi əmin addımlar atdı, daim qamətini dik saxladı.

Dediyim kimi, saytın qısa müddət ərzində necə bu qədər böyük uğur qazanması bəzilərinə maraqlı gələ bilər. Amma bu, şəxsən mənim üçün heç də təəccüblü deyil. "24 Media"nın əldə etdiyi nailiyyətin arxasında hansı səbəblərin dayandığını dəqiq bilirəm. Əvvəla, onu qeyd edim ki, bu informasiya portalı jurnalistikaya alternativ peşə olaraq yanaşanların yox, həm də medianın nəzəri biliklərinə malik, problemlərindən hali insanların məhsuludur. Saytın təsisçisi BDU- nun Jurnalistika fakültəsinin müəllimi, bir vaxtlar bu ali məktəbdə sahə qəzeti kimi nəşr edilən "Bakı Universiteti"nin baş redaktoru olmuş Anzulə Pərvizqızıdır. Anzulə xanımı, az qala, dörd ildir tanıyıram. O, təkcə yüksək insani keyfiyyətlərə malik şəxs və bacarıqlı pedaqoq kimi deyil, həm də professional jurnalist kimi nümunəvidir. Elə yuxarıda vurğuladığım fakt da bacarığına və konkret səhədəki biliklərinə görə ona göstərilən etimaddan, inamdan xəbər verir.

Hələ Anzulə xanımı təzə- təzə tanıdığım vaxtlarda bir neçə dəfə "Bakı Universiteti" qəzetinə yazılar vermişəm. Sağ olsun, heç vaxt müraciətimi geri çevirməyib. Əksinə, məqaləmi, müsahibəmi...dərc etməklə yanaşı, həm də məsləhət, tövsiyələrini əsirgəməyib, yol göstərib.

Onunla ilk dəfə əyani formada qəzetin redaksiyasında görüşmüşdüm. Yazım dərc olunan nömrədən bir neçə nüsxə götürməyə getmişdim. Anzulə xanım məni səmimi qarşılamış və "Nə vaxt istəsəniz, yazın", deyərək məni həvəsləndirmiş, jurnalistikanın nə demək olduğunu yenicə öyrənən tələbəyə stimul vermişdi.

Həmin xatirənin üstündən xeyli zaman
ötdü. Mən növbəti kurslara keçdim, Anzulə xanımı bir müəllim kimi daha yaxından tanımağa başladım, yuxarıda adını çəkdiyimiz sayt fəaliyyətə başladı... Müəllimə yenə mənə etimad göstərdi: "Nə vaxt yazın olsa göndər, sayt sənin qulluğundadır" - dedi.

İndiyə kimi bir neçə dəfə müxtəlif mövzuda, janrda olan yazılarım sözügedən saytda dərc olunub. Təqdirediləsi növbəti məqam da elə bilavasitə bu fikirlə bağlıdır. "24 Media" nə konkret bir mövzu ilə məhdudlanır, nə də janrla. Bir çox saytlardan fərqli olaraq, kriminal məzmunlu informasiyalardan, demək olar, uzaqdır. Daha çox ədəbiyyatdan, mədəniyyətdən yazmaqla həm də oxucuları mənəvi cəhətdən qidalandırır, insanların dünyagörüşünün artırılmasına çalışır. İkinci məqam isə qeyd etdiyim kimi, janrla bağlıdır. Bu sahəyə az- çox bağlı olanlar bilirlər: jurnalistikada müxtəlif fərdi keyfiyyətlərə malik onlarca janr var. Amma bir çox KİV- in təqdim etdiyi materialların ən azı yarısını xəbər təşkil edir. Yerdə qalan 50 faiz digər janrlar arasında bölünür. Sözsüz, qeyd etdiyimiz məsələ peşəkarlığa ziddir. Ancaq "24 Media" bu cür neqativ hallardan çox uzaqdır. İnformasiya portalındakı müxtəlif bölmələr altında gün ərzində onlarca xəbərlə yanaşı, həm də bir- birindən maraqlı müsahibələrə, reportajlara, məqalələrə, esselərə, köşələrə...rast gəlinir. Deməli, kollektivi həm öz işini bilir, həm də auditoriyasına hörmət edir.

Bəs bu kollektiv kimlərdən ibarətdir? İllərin təcrübəsinə malik media nümayəndələri ilə müqayisə edə biləcəyimiz gənclərdən- BDU- nun Jurnalistika fakültəsinin tələbələrindən. Saytın baş redaktoru Anzulə xanım onların müəllimləridir. Amma çox az pedaqoqlara xas davranır- təkcə nəzəriyyəni öyrətməklə kifayətlənmir, həm də onları istehsalata cəlb edir, yetirmələrində praktik bacarıqların formalaşmasına çalışır. Nəticədə tələbə- jurnalistlər işləyərək öyrənirlər. İndi saytın ətrafında təkcə Anzulə xanımın yetirmələri deyil, eləcə də fakültənin əksər tələbələri birləşib. Baş redaktor onların hər birini qucaq açır, yol göstərir, təcrübə qazanmaları, dərc olunan ilk yazılarının sevincini yaşamaları üçün yardım edir.

"24 Media" peşəkarlardan ibarət tələbə saytıdır. Baş redaktordan, redaktorlardan tutmuş müxbirlərə qədər hər kəsin medianın bütün prinsiplərinə əməl etməsi, jurnalistikanın heç bir funksiyasını unutmaması onu deməyə əsas verir ki, ən yaxın gələcəkdə bu saytın adı təkcə "özündəndeyən" informasiya portalları ilə birlikdə deyilir, eləcə də, "ağsaqqal" agentliklərlə birgə çəkiləcək.


Kənan Novruzov


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!