"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 12-05-2020, 15:11
"Azərbaycanda Rus, Fars Türk mədəniyyətlər savaşı və ya düşmənlər niyə məni hədəfə alıb?"

Dəyərli dostlarım, dəyərli Azərbaycan xalqı.
Azərbaycanın dövlət maraqlarını qoruduğuma görə, Türk millətinin mənfəətlərini qoruduğuma görə Azərbaycandakı İran molla fanatizmi ilə Rusiyanın 5 ci kolonu birləşərək mənim AMEA dan işdən çıxarılmağımı, akademik karyerimin yarımçıq qalmasını təşkil etmək üçün hər yola baş vurdular. Haqqımda DTX ya şər və böhtan dolu dosya hazırlayıb göndərdilər, AMEA rəhbərliyinə məktub ünvanladılar, pullu adamlar tutub işlədiyim Fəlsəfə instituna göndərdilər, direktor İlham Məmmədzadəyə dəfələrlə ciddi təzyiq göstərib məni işdən çıxarmasını tələb etdilər, dəfələrlə məni öldürmək, həbs etməklə, döydürməklə, şantaj etməklə hədələdilər. Bütün bu oyunlar AMEA da baş verdi, həyata keçirildi dostlar. Bunlar məni pantürkizmi yaymaqda ittiham edirdilər. Dostlar. AMEA sistemində RUS-FARS koloniyası fəaliyyət göstərir. İran AMEA da at oynadır. İranın buradakı ünsürləri ilə Azərbaycan əleyhinə Qumdan təşkil olunan savaş arasında bir bağlılıq var. Hökümət bütün bunlara göz yumur.
Dostlar Farslar tarixdə heç vaxt Türk dövlətlərinin üzərinə ordu ilə getməmişlər, Türk dövlətlərinin və saraylarının içinə incə siyasətlə, dil, din və kültürlə sızmışlar. İslam dönəmi Türk dövlətlərinin hamsında fars dili və kültürü yüksək inkişaf dövrü yaşamışlar. Əslində Türk dövlətləri həm də Fars millətinə, kültürünə xidmət etmişlər. Fars kültüründə və dilinin inkişafında fars millətindən çox, türklər böyük rol oynamışlar. Bu gün də bu belədir. Bu gün İran, Azərbaycanı, Gürcüstanı, Türkiyəni şiyə turizmi təşkil etməklə "udmaqdadır". Bu ölkələrdən irana axan Şiyələr İran büdcəsinə pul qazandırmaqla bərabər, həm də Azərbaycanın və Türkiyənin sekulyar cəmiyyət və dövlət anlayışını silkələməkdə, din anlayışını fanatizmlə darmadağın etməkdədirlər. Səssizcə...İran və Rusiyanın 5 -ci kolonu birləşərək
Məndən tələb edirdilər ki, sən özünə türk demə, azərbaycanlı de. Sən dilimizin türk dili olduğunu demə, azərbaycan dili olduğunu de. Mən türkəm, dilim türk dilidir dedikdə isə məni Azərbaycan konstitusiyasını pozmaqda, millətlər arası qarşıdurma yaratmaqda, pantürkizmi yaymaqda ittiham edirdilər. Dostlar AMEA Azərbaycan milli fikrinin yarandığı formalaşdığı bir mərkəzdirsə, bu Azərbaycan Türk düşmənləri burada cəmləşib Türk millətinə və şəxsiyyətinə qarşı diskriminasiya aparmaq haqqını hardan almışlar. Dostlar AMEA sistemində Türk düşüncəsinə, fikrinə və millətinə qarşı gizli savaş aparan ünsürlərə qarşı bu hökümət nə vaxt dur deyəcək. Axı nə vaxt.
Bunlar bu gün də mənim akademik karyerimin yarımçıq qalması və işdən çıxarılmağım üçün çox genoş fəaliyyət göstərirlər. Hətta bu məsələni Rusiya federasiyasının içinə qədər daşıdılar və haqqımda ermənipərəst Reqnum.ru saytında məqalə yayınladılar, mqalədə mənə şər böhtan yağdırdılar, məqaləni belə düzgün yazmadılar, məni savadsızlıqda günahlandıran bu yazarlar yazdıqları məqalədə İlminski ilə birlikdə Azərbaycanı ruslaştırmaq, xristianlaştırmaq projelrinin müəlliflərindən olan Tolstovla yazıçı Tolstoyu qarışdırdılar. Həmin Məqalədə İlham Əliyevdən və Ramiz Mehdiyevdən məni AMEA dan işdən çıxarmaları tələb edilirdi.
Dəyərli dostlar. Mən də yaxşı bilirəm, düşmanlarımız da yaxşı bilir ki, Azərbaycanda Rus imperiyasının, İranda İngilis imperializminin qadağan etdiyi türklük bilinci və məfkurəsi yüksəldikcə, Türk kimliyi və Hərkatı Qafqazı, Risiyanı, İranı bürüdükcə, İrandan keçrək Əfqanıstanı, Suriyanı, İraqı, Benqladeş,Pakistanı əhatə edəcəkdir. Dəyərli dostlar Azərbaycan və İran Avrasiya Türk coğrafiyasının kilid mərkəzidir. Azərbaycanda Türklük bilinci yüksək olduqda Azərbaycan-İran-Türkiyə türkləri birləşərək bir güc ortalığa qoyacaqlar, Avrasiyada Türk millətinin yeni bir güc olmasına zəmin hazırlayacaqlar. Məhz buna görə də Azərbaycanda fəaliyyət göstərən Erməni-Rus-fars gücləri Azərbaycandakı türklük fəaliyyətlərini boğmaq, rus dilini, rusofizmi və İran -fars -şiyə fanatizmini yaymaq üçün məni hədəfə götürmüşlər, haqqımda dövlətçilik düşmanı, Talış düşmanı, Şiyə düşmanı obrazı formalaşdırırlar.
Dəyərli dostlar. Buradan bir daha bəyan edirəm.
Mən Azərbaycanda nə iqtidar nə müxalifət cəbhəsi və maraqları üçün çalışmıram.
Mən dövlət və millət maraqları üçün çalışıram. Dövlətçiyəm. Millətçiyəm. Azərbaycanda gərəkirsə dövlət və millət maraqlarını tapdalayan iqtidara qarşı, gərəkirsə də müxalifətə qarşı çıxaram. Heç bir güc üçün çalışmıram. Yalnız uca Türk milləti üçün və Azərbaycan dövləti üçün çalışıram.
Bu gün əsasən də düşmənlər tərəfindən sağdan və soldan vuruluram. Heç bir qorumam, müdafiəm yoxdur.
Bizim üçün bu gün ən böyük təhlükə Ermənistan işğalları ilə birlikdə,İran fanatizmi və Rus imperiya ambisiyalarını gerçəkləştirən Rusofil mədəniyyət və rus dilidir. Ölkəmizi bu iki təhlükədən qorumalıyıq. Azərbaycanda Türk dilinin təsbiti və yüksəlişi Rusiyadakı türk dilinin və İrandakı Türk dilinin yüksəlişinə və təsir arealının genişlənməsinə səbəb olacaqdır. Türk dili arealı genişləndikcə Rus və Fars dili arealı daralır. Düşmən bunun fərqindədir, biz bunun fərqində deyilik və bundan geokültürəl, geostrateji avantaj kimi yararlanmırıq.
Dəyərli dostlar. Mən nə Şiyə düşməniyəm, nəTalış və ya hansısa xalqların düşməniyəm,,nə də dövlətçilik düşmənıyəm. Bütün gəncliyimi Azərbaycanın istiqlal mübarizəsinə həsr etmişəm, daim Azərbaycan dövlətinin yüksəlişi üçün çalışmışam. Bacardığımı etmişəm. Azərbaycanda yaşayan bütün xalqlara sayğım var və onların vətəndaş hüquqları dövlət səviyyəsində qorunur, insanların dini azadlıq,din və vicdan hürriyyətləri ilkəsinə də hər kəsdən çox bağlıyam. Bir şiyə düşmanı deyiləm, İran fanatizminin düşmanıyam. Düşmənlər məni məhz Azərbaycanda yaşayan xalqların hüquqlarını pozmaq və din düşməni elan etmək, məni bu müstəvidə şərləyərək həbs ettirməyə çalışırlar.
Dəyərli dostlar. Azərbaycanda türklük bilincinin yüksəlməsinə çalışmaq Ölkəmizin Rusiya və İran Fars maraqlarına tabe olmasına mane olmaqdır, Türk millətinin dirəniş gücünü artırmaqdır, Avrasiya coğtafiyasında Türk gücünü təsdiq etdirmək və qəbul ettirməkdir.
Bilin ki, coğrafiyamızda Rus, Fars və Türk mədəniyyətləri, kimlikləri və stratejiləri savaşır. Azərbaycan bu savaşın məhvər mərkəzidir. Azərbaycanda bu 3 Rus, Fars, Türk gücündən və mədəniyyətindən hansı qalib gələcəksə, Avrasiyada da o qalib gələcəkdir. Azərbaycanda Türk mədəniyyətinin qalibiyyəti Avrasiyada Türklərin güc olması deməkdir.
Məhz buna görə də düşmənlər məni hədəfə çevirmişlər. Bilin. Ayıq olun. Əl ələ verək Türk Millətinin Avrasiyada bir güc olması üçün çalışaq.
Dostlar mən Azərbaycan-Qafqaz-Türkiyə-İran-Türküstan türklərinin mərkəz olduğu bir Avrasiya uğrunda mübarizə aparıram. Mən TURAN uğrunda mübarizə aparıram.
Mənim düşmənlərim şəxsi düşmənlərim deyil, Azərbaycanın düşmənləridir, Türk millətinin düşmənləridir.
Sayğılarımla.


Yasəmən Qaraqoyunlu


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!