Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 17-11-2020, 14:59
Samux və Qubada evini tərk edən koronavirus xəstələri saxlanıldı
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Butov.az xəbər verir ki, bu barədə Modern.az-a noyabrın 16-da Samux rayonunun Sərkar kənd sakini, koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş S.İsgəndərova polis əməkdaşları tərəfindən saxlanılmışdır. Müəyyən edilmişdir ki, S.İsgəndərovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılmışdır. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilmişdir.

Bundan başqa, Quba RPŞ-nin əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilmişdir.

Belə ki, noyabrın 16-da Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş Xaçmaz rayon sakini Z.Kərimova saxlanılmışdır. Müəyyən edilmişdir ki, Z.Kərimovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılmışdır. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilmişdir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!