Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 24-11-2020, 11:10
Mərkəzi Elmi Kitabxananın yeni direktoru kollektivə təqdim edilib

Noyabrın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) yeni direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev kollektivə təqdim olunub.

Butov.az Science.gov.az-a istinadən xəbər verir ki, tədbiri AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov açaraq bildirib ki, MEK 95 ildən artıq fəaliyyəti dövründə ölkəmizin ən iri kitabxana-informasiya müəssisələrindən birinə çevrilərək Azərbaycan elminin inkişafında, elmi kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb. Qeyd edib ki, ötən illər ərzində əsaslı inkişaf yolu keçən Mərkəzi Elmi Kitabxanaya ölkə rəhbərliyi tərəfindən daim diqqət göstərilib, yeni inzibati binası tikilərək istifadəyə verilib və nəticədə burada beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

Daha sonra çıxış edən MEK-in yeni direktoru, professor Məmməd Əliyev kollektivi salamlayıb, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə təyinatı ilə bağlı minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, müasir avadanlıqlarla təchiz olunan Mərkəzi Elmi Kitabxana milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malikdir. O, hədəflərə çatmaq və nümunəvi kitabxana xidmətini formalaşdırmaq məqsədilə MEK-in strukturunda islahatların aparılmasının, elmi şuraların və elmi-tədqiqat labaratoriyalarının yaradılmasının vacibliyini söyləyib.

M.Əliyev, həmçinin 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan böyük qələbə münasibətilə kollektivi təbrik edib. O, kitabxana əməkdaşlarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, müdrik diplomatik siyasəti ətrafında bundan sonra da sıx birləşəcəklərini diqqətə çatdırıb.

Tədbirin sonunda kollektiv adından çıxış edən MEK-in kitabxana xidmət üzrə direktor müavini Xuraman İsmayılova yeni təyin olunan direktora işində uğurlar arzulayıb, illərlə formalaşan tarixi ənənəyə malik kitabxanada bundan sonra da uğurlu iş fəaliyyətinin davam edəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, professor Məmməd Əliyev AMEA Rəyasət Heyətinin noyabrın 20-də keçirilən iclasında MEK-in yeni direktoru təyin olunub.



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!