İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 28-12-2020, 17:36
Ceyhun Bayramovun sədrliyilə GUAM XİN başçıları Şurasının iclası keçirilib


Bu gün Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Xarici İşlər Nazirləri Şurasının növbəti 36-cı iclası keçirilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçən iclasda Gürcüstan xarici işlər naziri David Zalkaliani, Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy və Ukrayna xarici işlər nazirinin müavini Vasil Bodnar iştirak ediblər.

Butov.az xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

İclasda 2020-ci il ərzində GUAM çərçivəsində əməkdaşlığın qiymətləndirilməsi, gələcək illər üçün təklif və tövsiyələr müzakirə olunub.

İclas zamanı, həmçinin təşkilatın Baş katibi, eləcə də üzv ölkələr Azərbaycanın uzun illərdir ki, işğal altında olan ərazilərinin azad edilməsi məsələsinə toxunaraq, bu xüsusda beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin təmin edilməsinin vacibliyini vurğuladılar.

İclasın yekununda hazırki iclasın Protokolu və 4 qərar (sahəvi işçi qruplarına əlaqələndirici ölkələrin təsdiqi; kommunikasiya strategiyası və bəyanat və bəyannamələrin hazırlanma qaydaları; 2021-ci il üçün büdcənin təsdiqi; sədrliyin Gürcüstana təhvil verilməsi) qəbul olunub.

İclasın sonunda növbəti il üzrə təşkilata sədrlik Gürcüstana təhvil verilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!