ABŞ məktəbində atışma: yaralılar var .....                        ABŞ məktəbində atışma: yaralılar var .....                        Nazirlər arasında ilk telefon danışığı .....                        Bakıda polisin tapdığı 10 min manatın sahibi məlum oldu .....                        "Yaxında edam hökmü icra olunacaq” .....                        Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı .....                        Nazirdən məktəb direktorlarına tapşırıq .....                        Ərdoğan göz yaşlarını saxlaya bilmədi - FOTO .....                        Dəhşətli yanğında ölənlərin sayı 79-a çatdı .....                       
Tarix : 1-02-2021, 12:48
Vaksinasiyanın aparılması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil

Azərbaycanda tətbiq edilən sərt karantin tədbirləri öz müsbət nəticələrini verib. Hazırda ölkədə yoluxma sayının azalması müşahidə olunur. Lakin tətbiq olunan qaydalara əhali tərəfindən riayət olunmazsa, xəstəliyin yenidən artması baş verə bilər. Bununla əlaqədar olaraq xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndləmə işlərinə start verilib. Vaksinasiyanın aparılması isə hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra bir müddət də hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə gözləməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir.

Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva hazırkı epidemioloji vəziyyət haqqında müsahibə verib. Butov.az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.

- Peyvəndlənmənin müsbət tərəfləri nədir və nə üçün tövsiyə olunur?

- COVID-19 infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, həmin infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır. Yoluxma halları baş verdikdə belə vaksin vasitəsilə qazandığımız anticisimlər sayəsində xəstəlik yüngül şəkildə keçəcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır.

- Əhalinin neçə faizi peyvəndlənmədən keçməlidir ki, kütləvi immunitet pandemiyaya öz təsirini göstərsin?

- Əhali arasında xəstələnmə nəticəsində yaranan təbii immunitet və eyni zamanda, vaksinasiya tədbirləri nəticəsində yaranan süni immunitet əhalinin 70 faizində formalaşarsa, epidemik proses sönəcək.

- Peyvəndlənmə dövrü və vaksinlə bağlı nə demək istərdiniz?

- Ölkədə vaksinasiya tədbirləri mərhələlərlə həyata keçirilir. Birinci mərhələdə əhalinin risk qrupları peyvənd olunacaq. Bu əhali qruplarına ilk növbədə tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65-dən yuxarı olan insanlar və digərləri aiddir. Azərbaycanda istifadə olunan “CoronaVAC “ vaksini təhlükəsiz və effektivdir. Vaksinin effektivliyi klinik tədqiqatlar əsasında yüksək (91,5 faiz) qiymətləndirilib. Peyvəndləmə bu xəstəliklə mübarizədə əsas vasitədir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!