Fevralın 9-da kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə səfəri təşkil olunub.
Müdafiə Nazirliyindən bildirilib ki, səfər çərçivəsində şəxsi heyət və müasir artilleriya qurğuları ilə tanış olan media nümayəndələri praktiki tapşırıqların icrasını canlı izləyiblər.