Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 9-02-2021, 16:14
Azərbaycan Rusiya vaksini ilə bağlı qərar verdi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Rusiya istehsalı olan “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycan Respublikasında kliniki tədqiqatların aparılmasına icazə verib.

Butov.az xəbər verir ki, Nazirlikdən Modern.az-a bildirilib ki, bu tədqiqatların cari ilin fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.

Daha əvvəl N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), “AstraZeneca” şirkəti və “R-Pharm" Şirkətlər Qrupu koronavirus vaksininin hazırlanması sahəsində Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə 2020-ci ilin dekabrında əməkdaşlıq haqqında birgə memorandum imzalamışdılar.

Dünyada vaksinlərin ilk birgə tətbiqi 24 dekabr 2020-ci ildə qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.

Tədqiqatlar “Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.

“Sputnik V” vaksini haqqında

“Sputnik V” vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır. O cümlədən, bu sxem sayəsində “Sputnik V” vaksininin səmərəliliyi 90%-dən çox olur, bununla belə preparat xəstəliyin ağır hallarına qarşı tam müdafiəni təmin edir. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız “Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir.

“AstraZeneca” şirkətinin vaksini haqqında

Vaksin “Vaccitech” şirkəti ilə birlikdə Oksford Universiteti tərəfindən hazırlanmışdır. Bu şimpanzedə infeksiyaya səbəb olan adi soyuqdəymə virusunun (adenovirusun) zəifləmiş versiyası əsasında şimpanzenin replikasiya qüsurlu virus vektorundan istifadə edir və SARS-CoV-2 (severe acute respiratory syndrome coronavirus 2 – 2-ci növ koronavirusun səbəb olduğu ağır kəskin respirator sindromu) zülalının genetik materialından ibarətdir. Vaksinasiyadan sonra zülalın səthi sintezi baş verir. Bu da, bu virusun ehtimal edilən sonrakı infeksiyası zamanı SARS-CoV-2-yə qarşı immunitet reaksiyasının yaranmasına səbəb olur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!