Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                        Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı .....                        Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu .....                        Azərbaycanda milli geyim standartları hazırlanıb .....                        "Niva" ilə 40 yaşlı kişini vurub öldürdü .....                        İranda internet bərpa olunur .....                        İran Ermənistana uçuşları ləğv etdi .....                        Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi .....                       
Tarix : 25-02-2021, 14:36
Vahid qeydiyyat sisteminin təşkili və jurnalist statusu hüquqi müstəvidə tənzimlənməlidir
"Media sahəsində hazırda aparılan islahatlar olduqca vacibdir"

"Media universal alət kimi milli təhlükəsizliyimizin informasiya komponentində mühüm rol oynayır .Əslində biz medianın gücünü və onun imkanlarının nə qədər böyük olduğunu Vətən müharibəsində bir daha gördük. İstər xarici qlobal informasiya, istərsə də daxili informasiya məkanında medianın bir çox məsələlərdə həlledici funksiya yerinə yetirməsi danılmazdır".

Butov.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, media sahəsində hazırda aparılan islahatlar olduqca vacibdir və bu islahatlar çoxşaxəli karakter daşıyır:

"Yəni medianın fəaliyyətini tənzimləyəcək hüquqi sahədən başlamış onun iqtisadi əsaslarının formalaşmasına, peşəkarlıqdan başlamış onun ictimai nüfuzuna qədər bütün sahələri əhatə edəcək dərin islahatların aparılması bugünkü zərurətdir. Təəssüf ki, illərlə alışdığımız klassik media ənənələri ilə bu gün tələb olunan çağırışlarla cavab vermək olmur. Ona görə də bu sahədə mütərəqqi təcrübə harada varsa biz onu mənimsəməli, özününküləşdirməli və yeni keyfiyyətdə milli media yaratmağı bacarmalıyıq. Burada ilk növbədə rəqabətqabiliyyətli və iqtisadi baxımdan müstəqil media institutlarının yaradılmasından söhbət gedir. Ancaq rəqabət şübhəsiz ki, ilk növbədə peşəkar, intellektual sahədən başlamalı və iqtisadi rəqabət qabiliyyətliliyə qədər davam etməlidir. Dolayısıyla medianın keyfiyyəti onun iqtisadi təminatı ilə ekvivalent təşkil etməlidir. Elə hazırda media sahəsində həyata keçirilən islahatların məqsədi də budur.


H.Babaoğlu həmçinin qeyd edib ki, artıq bu istiqamətdə bir sıra mühüm addımlar atılıb və atılmaqdadır:

"Ən vacib məsələlərdən bir də mediada vahid qeydiyyat sisteminin təşkili və jurnalist statusunun kimlərə şamil edilməsi məsələsidir. Çünki məsələ istər peşəkar fəaliyyət, istərsə də bu fəaliyyətin sırf hüquqi müstəvidə tənzimlənməsi baxımından olduqca aktualdır. Ona görə də bu sahədə təcrübədə özünü doğrultmuş qardaş Türkiyədəki nümunəyə istinad edərək bənzər formanı tətbiq edə bilərik. Bu informasiya istehsalçıları ilə istehlakçıları arasında etibarlı və obyektiv körpü qurmaq baxımından səmərəli model təşkil edə bilər. Bəzi hallarda informasiya istehsalçısı yaxud mənbəyi ilə informasiya subyektləri arasındakı anlaşılmazlığın sırf peşəkar yanaşmanın olmamasından qaynaqlandığını bilirik. Ona görə də islahatlar prosesində bütün nümunəvi təcrübələr nəzərə alınmaqla növbəti addımları elə müəyyənləşdirməliyik ki, islahatlarda nəzərdə tutduğumuz məqsədlərə çataq. Əminəm ki, belə də olacaq".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!