"VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdır .....                        ABŞ niyə İranı vurmadı? - TRAMPDAN AÇIQLAMA .....                        "Neftçi"də bir transfer, iki ayrılıq .....                        40 min nəfər məni İrana çağırır - Pəhləvi .....                        Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi .....                        İran XİN başçısı Münhenə dəvət edilmədi .....                        26 siyasi partiya Nazirliyə hesabat verdi .....                       
Tarix : 26-02-2021, 16:04
Türkiyəli gənclər “Xocalıya ədalət” tələb edirlər

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfi (TÜGVA) tərəfindən İstanbulda silsilə tədbirlər təşkil olunub.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirlər çərçivəsində İstanbuldakı Ayasofya məscidi qarşısında bu şəhərdə fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından bəyanat səsləndirilib.

Bəyanatda Xocalı soyqırımının tanınması və qanlı qırğını törədənlərin məsuliyyətə cəlb olunması ilə bağlı beynəlxalq təşkilatlara çağırış ünvanlanıb, soyqırımı həqiqətlərinin dünyaya yayılması işində Azərbaycan ilə həmrəylik ifadə edilib.

Daha sonra TÜGVA Mərkəzində hər iki qurumun birgə həyata keçirdiyi “Qarabağ zəfəri” adlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərginin açılışı olub.

Mərkəzdə, həmçinin Türkiyənin bütün bölgələrinin gənclərinin iştirakı ilə geniş onlayn tədbir keçirilib. Tərdbirdə Ermənistan hərbi birləşmələri tərəfindən törədilən soyqırımı barədə məlumat verilib. Bildirilib ki, mülki azərbaycanlılara qarşı qətliam siyasəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin fəaliyyətinin dəyişməz istiqaməti olub. Ötən il Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı azad etdiyi zaman da ermənilər tərəfindən şəhər və rayonlarımız atəşə tutulub, dinc əhali qətlə yetirilib.

Tədbirdə Xocalı və bu kimi digər cinayətləru törədənlərin məsuliyyətə cəlb edilməsi və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi naminə iki ölkə gənclərinin birgə təbliğat işinin davam etdirilməsi qərara alınıb.

Onlayn toplantıda Xocalı soyqırımına həsr olunan “Kiçik Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülən “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.

“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində çəkilən film toplantı iştirakçıları tərəfindən böyük diqqət və dərin kədər hissi ilə qarşılanıb.

Tədbirlərdə TÜGVA-nın sədri Enes Eminoğlu, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Naqif Həmzəyev və Xocalı soyqırımının canlı şahidi, faciə zamanı atası və yeddi yaşlı bacısı qətlə yetirilən Xəzəngül Əmirova çıxış ediblər.

Azərbaycanın nümayəndə heyətinin İstanbula səfəri çərçivəsində fevralın 27-də hər iki ölkə gənclərinin iştirakı ilə bu şəhərin Sarıyer rayonundakı Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsi ziyarət olunacaq.

Daha sonra tədbir iştirakçıları Sarıyerdəki Xocalı parkında soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edəcəklər.

Nümayəndə heyətinin İstanbula səfəri davam edir.





Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!