İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 1-03-2021, 17:01
Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib
Martın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans keçirilib.

Butov.az xəbər verir ki, FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda nazirliyin, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti təşkilatların, o cümlədən beynəlxalq təşkilatların məsul vəzifəli şəxsləri iştirak ediblər.

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov tədbirdə çıxış edərək bildirib ki, əhalinin və ərazilərin təhlükəsizliyinin etibarlı təminatı üçün nazirliyin qəza-xilasetmə qurumlarının peşəkarlıq səviyyəsi durmadan artırılır, onların zəruri xilasetmə texnika və avadanlıqları ilə təchizatı məsələsinə xüsusi diqqət yetirilir, irimiqyaslı fövqəladə hallar zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarla qarşılıqlı fəaliyyətdə mülki müdafiə məsələlərinin həlli istiqamətində mühüm addımlar atılır.

Qeyd edilib ki, fövqəladə halların səmərəli idarə olunmasının təşkili, fövqəladə hallara dair məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı yardımların təmin edilməsi məqsədilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində FHN tərəfindən hər il respublikanın bütün ərazisində 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlərdə əhaliyə mülki müdafiənin yaranma tarixi, məqsəd və vəzifələri, dövlətin mülki müdafiə sahəsində apardığı işlər, insanlara mülki müdafiə bilikləri, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları təbliğ olunur.

Sonra Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Səhiyyə Nazirliyinin nümayəndəsi, Azərbaycan Respublikasının baş infeksionisti Təyyar Eyvazov, İqtisadiyyat Nazirliyinin Səfərbərlik hazırlığı sektorunun müdiri Anar Orucov, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı və sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşı Mirhəsən Həsənov, BMT-nin Qacqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Samirə Allahverdiyeva mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Videokonfransda FHN-in ictimaiyyətlə əlaqə idarəsinin hazırladığı və Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsində fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!