Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 30-03-2021, 11:06
Azərbaycanda piratçılığa qarşı mübarizə dəyişir
"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanuna dəyişiklik edilir.

Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, adıçəkilən qanuna təklif olunan dəyişikliyə əsasən əqli mülkiyyət hüquqlarının qorunması məqsədilə müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinə nəzarət markası yapışdırılmalıdır.

Nəzarət markalarının hazırlanması, onların aidiyyatı şəxslərə (qurumlara) verilməsi publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilir. Nəzarət markasının alınmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir. Nəzarət markalaının hazırlanması, verilməsi, eləcə də, beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi üçün tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə toplanan vəsait (haqlar) Əqli Mülkiyyət Agentliyinin hesabına köçürülür

Nazirlər Kabineti 2020-ci il 17 yanvar tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinə əsasən publik hüquqi şəxsin əldə etdiyi vəsaitin toplanması və təyinatı üzrə istifadəsi məqsədilə publik hüquqi şəxs üçün xüsusi bank hesabı açılır.

Təklif olunan dəyişiklik bu hesabatın statusunu (adını) dəqiqləşdirir və bu məqsədlə “xəzinə hesabı” sözləri “hesabı” sözü ilə əvəz edilir

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun layihəsi əqli mülkiyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qeyd edək ki, qanuna dəyişiklik aprelin 2-də keçiriləcək Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!