Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
Tarix : 31-03-2021, 15:30
Kanadanın xarici işlər naziri soydaşlarımızın məktubunu cavablandırıb
Kvebek Azərbaycanlıları Assosiasiyası 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı Kanadanın parlament üzvlərinə məktub ünvanlayıb.

Butov.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, məktubda 1918-ci il 31 mart – 3 aprel tarixləri arasında erməni silahlı dəstələrinin və havadarlarının dinc azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğın barədə ətraflı məlumat verilib. Bildirilib ki, Bakı şəhərini və Bakı quberniyasının müxtəlif bölgələrini, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri əhatə edən soyqırımı zamanı minlərlə azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə qətlə yetirilib, müxtəlif tikililər və tarixi memarlıq abidələri dağıdılıb. Bu kütləvi qırğının Azərbaycan tarixinin qanlı səhifələrindən biri olduğu vurğulanıb.

Həmçinin Kanadanın xarici işlər naziri Mark Qarneu (Marc Garneau) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilərin törətdikləri talan və dağıntılar barədə Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) məktubunu cavablandırıb.

KAŞ İdarə Heyətinin sədri Anar Cahangirliyə ünvanlanmış cavab məktubunda nazir bildirib ki, ölkəsi Dağlıq Qarabağda hərbi əməliyyatların sona çatmasını alqışlayır, tərəfləri möhkəm sülhün əldə olunmasına çağırır və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair bütün qətnamələrini dəstəkləyir.

Azərbaycanın irəli sürdüyü infrastruktur layihələrinin daha geniş iqtisadi və regional əməkdaşlıq və inteqrasiya imkanları yaradacağından məmnunluğunu ifadə edən nazir Qarabağ bölgəsində ərazilərin minalardan təmizlənməsinin və mülki vətəndaşların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmasının təmin edilməsinin vacibliyini vurğulayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!