Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 12-04-2021, 16:53
AzTV hər hansı qurumun mətbuat orqanı deyil".

Aprelin 12-də “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Bədii Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

Butov.az-ın məlumatına görə, AzTV sədri Rövşən Məmmədov iki ildən bir seçilən Bədii Şuranın işinin 3 kanalın fəaliyyətinə nəzarət etmək olduğunu deyib: "Bu gün Azərbaycan televiziyasında aparılan islahatlar müasir tələblərə cavab versə də, biz üzərimizə götürdüyümüz öhdəliklərə nə dərəcədə əməl etdiyimizi kənar gözlərlə görmək istəyirik. Buna görə də ayda iki dəfə Bədii Şura üzvlərini yığmağı planlaşdırırıq. Nəzərə alsaq ki, pandemiya şəraitindəyik, hələlik ayda bir dəfə də təşkil etmək olar. Gələcəkdə iclasları videoformatda da təşkil edə bilərik. Yaxın iki il ərzində birgə fəaliyyətimiz zamanı tərifdən çox tənqidləri eşitmək istərdik".

R.Məmmədov qeyd edib ki, hazırda AzTV-də yalnız tərif eşidilmir, tənqidlər də olur: "Bəzən nazirliklərdən zəng edib, bizdən incidiklərini deyirlər. Lakin bilmək lazımdır ki, AzTV hər hansı qurumun mətbuat orqanı deyil".
Bədii Şura üzvlərini seçərkən ictimaiyyətin hörmətini qazanmış şəxslərə üstünlük verdiklərini deyən sədr yaxın gələcəkdə regionlara səfər etmək niyyətində olduqlarını vurğulayıb: "AzTV dövlətin, xalqın güzgüsüdür, onun üçün biz hər hansı addımı atarkən yüz ölçüb bir biçirik. Ümumiyyətlə, Azərbaycan xalqının gözü Azərbaycan televiziyasıdır. Hər hansı uğurlu addım ictimaiyyətin müəyyən təbəqəsi üçün uğursuz ola bilər. Ona görə də biz Bədii Şurada yeni verilişləri də müzakirəyə çıxaracaq, o cümlədən solistləri seçərkən Şura ilə məsləhətləşəcəyik. İnanıram ki, yaxın iki ildə bizi zəngin, çox çeşidli fəaliyyət gözləyir".
Daha sonra Bədii Şuranın üzləri - Xalq yazıçıları Anar, Kamal Abdulla, Xalq artisti Ofeliya Sənani, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və digərləri çıxış edib təklif və iradlarını bildiriblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!