Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                        Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi .....                       
Tarix : 27-04-2021, 10:09
Gəncə ilə Çinin Çindao şəhəri arasında yeni əlaqələr qurulur

“Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Çin Xalq Respublikasının Çindao şəhəri arasında dostluq və əməkdaşlıq münasibətləri qurmaq barədə Niyyət Protokolu”nun imzalanması mərasimi keçirilib.


Butov.az xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycanın Çindəki səfirliyindən məlumat verilib.


“2021 Şanxay Əməkdəşlıq Təşkilatı (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi”nin açılışı çərçivəsində keçirilmiş imzalanma mərasimində sözügedən “Niyyət Protokolu”nu Gəncə şəhər İcra Hakimiyyətinin adından Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Çindao şəhər Hakimiyyəti adından isə xarici əlaqələr üzrə mer müavini Süe Çinquo imzalayıblar.

“Gəncə şəhəri ilə Çindao şəhəri arasında dostluq və əməkdaşlıq münasibətləri qurmaq barədə Niyyət Protokolu” Gəncə şəhəri ilə təqribən 10 milyona yaxın əhalisi və 191 milyard ABŞ dolları həcmində ÜDM-si ilə “Kəmər və Yol” təşəbbüsü çərçivəsində yük daşımalar baxımından Çinin 5 ən önəmli dəniz limanından birinin, eləcə də “Haier” və “Hisense” kimi nəhəng Çin şirkətlərinin yerləşdiyi Çindao şəhəri arasında ticarət-iqtisadi, mədəniyyət, təhsil, elm və texnika, səhiyyə, idman, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın fəal inkişaf etdirilməsini və genişləndirilməsini nəzərdə tutur.

Azərbaycanın da dialoq üzrə tərəfdaş statusuna malik olduğu ŞƏT-lə Çin arasında ticarət-iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsini hədəfləyən və Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü ilə yaradılmış “Çin-ŞƏT Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Nümayiş Zonası”nın Çindao şəhərində yerləşməsi, bu Zonanın ərazisində “Azərbaycan Ticarət Evi”nin fəaliyyət göstərməsi, habelə Zonadan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birbaşa yük daşımalarının həyata keçirilməsi yaxın gələcəkdə Gəncə şəhərində istehsal olunan məhsulların Çindaoya və onun vasitəsilə Çin bazarına daxil olmasına geniş imkanlar yaradacaq.

“2021 Şanxay Əməkdəşlıq Təşkilatı (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi”nin açılış mərasimi çərçivəsində Çindao şəhəri ilə Pakistanın Faysalabad şəhəri arasında da əməkdaşlıq əlaqələrinin qurulmasına dair sənəd imzalanıb. Çindao şəhəri bu günədək Sankt-Peterburq (Rusiya), Bilbao (İspaniya), Mayami (ABŞ), Montevideo (Uruqvay), Nant (Fransa), Odessa (Ukrayna), Klaypeda (Litva) və Manhaym da (Almaniya) daxil olmaqla 25 şəhərlə qardaşlaşma haqqında sənədlər imzalayıb.

Cari ilin 26-28 aprel tarixlərində keçirilən “2021 ŞƏT Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi”ndə “ŞƏT ailəsinə” daxil olan ölkələr, o cümlədən Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur. Vahid ölkə stendində Azərbaycanda istehsal olunan müxtəlif növ qida və içki məhsullarının nümayişi və satışı həyata keçirilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!