Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
Tarix : 29-06-2021, 14:07
Vahid əlaqələndirmə mərkəzlərində “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək
Prezident İlham Əliyevin 2021-ci il iyunun 25-də imzaladığı Fərmanla yaradılacaq vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə birbaşa (yerində) xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək.

Butov.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fərmanla təsdiq edilmiş Qaydaya əsasən, onlar “Çağrı mərkəzi” vasitəsilə mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, digər sahələrlə bağlı xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər. “Çağrı mərkəzi” vasitəsilə xidmət göstərilməsi barədə müraciətlər xidmət keyfiyyətinin qiymətləndirilməsi üçün qeydə alınacaq.

Sağlamlıq vəziyyəti məhdud olduğundan mərkəzlərə gələ bilməyən şəxslərə isə yaşadıqları və ya olduqları yerdə mərkəzin iş qrafikinə uyğun səyyar formada xidmətlər göstəriləcək. Hər iş gününün sonunda mərkəzə daxil olmuş müraciətlər əsasında növbəti iş günü üçün səyyar xidmət göstərilməsi qrafiki hazırlanaraq təsdiq edilməklə, səyyar xidməti göstərəcək əməkdaşlar müəyyən ediləcək.

Qaydaya görə, səyyar xidmət üçün müraciət “Çağrı mərkəzi”nə zəng vurmaqla edilir. Şəxsin müraciəti zamanı “Çağrı mərkəzi”nin operatoru müvafiq xidmət göstərilməsi üçün əsas şərtləri (icra müddəti, normativ hüquqi aktlara istinad etməklə tələb olunan sənədlər) izah edir, zəruri sənədlərin şəxsdə mövcud olub-olmadığını öyrənir.

Şəxsin əldə etmək istədiyi xidmətlə bağlı müraciətinin qəbulu üçün mərkəzdə göstərilən digər xidmət göstərilməsi də tələb olunduqda, ona həmin xidmət də təklif ediləcək. Şəxs səyyar xidmət göstərilməsi şərtləri ilə razılaşdıqda və xidmət göstərilməsi üçün tələb olunan sənədlərinin mövcudluğunu bildirdikdə, ona dair məlumatlar (soyadı, adı, atasının adı, ünvanı, əlaqə nömrələri, xidmətin göstərilmə yeri və vaxtı, FİN) öyrənilərək qeyd ediləcək.

Bundan sonra operator xüsusi proqram təminatı vasitəsilə xidmət göstərilməsi üçün uyğun olan vaxtı (tarix və saat) müəyyənləşdirməklə və şəxslə razılaşdırmaqla, müraciəti qəbul edib təsdiqləyəcək. Həmin müraciət xüsusi proqram təminatı vasitəsilə müvafiq mərkəzə ötürüləcək və müraciəti edən şəxsə səyyar xidmətin göstərilməsi təmin olunacaq.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!