Heydər Əliyev prospektindən metronun ''Nərimanov'' stansiyasına gedən yol bağlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edib.
İdarənin müraciətində paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən metronun “Nəriman Nərimanov” istiqamətinə gedən yolun kənarında, yəni Ağa Nemətulla küçəsi, 32 ünvanında yerləşən istismara tam yararsız, yarısökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yarandığı qeyd edilib.
Bildirilib ki, həmin binanın qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında tam sökülməsi qərara alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan etibarən Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və istiqaməti dəyişdirilib.
“Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər”, – deyə müraciətdə qeyd olunub.
Qeyd edək ki, sökülən bina 1950-ci ildə inşa edilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!