Sulu qar, qar yağır .....                        Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO .....                        Tehranda heç bir səfirlik bağlanmayıb - İran XİN .....                        Karapetyan ev dustaqlığına köçürüldü .....                        Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi .....                        Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanıldılar .....                        Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi .....                        Sabunçuda 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı .....                        İraqın XİN başçısı İrana getdi .....                       
Tarix : 24-02-2022, 15:44
Xocavənddə kütləvi məzarlıq aşkarlandı - FOTO
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında müəyyən edilib.

Butov.az xəbər verir ki, işçi qrupunun üzvü Zaur İsmayılov Trend-ə açıqlamasında bildirib ki, araşdırmalar zaman işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqların mövcud olduğu məlum olub.

“Onlardan biri də Xocavəndin Edilli kəndindədir. Şahidlərin ifadələrinə əsasında məzarlığın aşkarlanması mümkün olmuşdur. İlkin məlumatlara görə, orda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var.

Dövlət Komissiyasında bəzi kütləvi məzarlıqların məlumatları var. GPRS koordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların sayı müəyyənləşib. Ardıcıl olaraq, ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da açılacaqdır”, - deyə o əlavə edib.

Zaur İsmayılov bildirib ki, Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar da var. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!