Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 14-03-2022, 12:21
MEK-də “Vikipediya” təlimlərinə yenidən start verilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya” təlimlərinə yenidən start verilib. Təlimlər Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, AMEA Mərkəzi Elmi Kitabxanasının, “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüsü ilə keçirilir. Açılış təliminə ilk olaraq Azərbaycan Dillər və Bakı Dövlət universitetlərinin Kitabxanaçılıq- informasiya və Filologiya fakültələrinin tələbələri cəlb edilib.

Təlimin ilk günündə çıxışı zamanı MEK-in baş direktoru, professor Məmməd Əliyev 6 ildir ki, kitabxanada ardıcıl surətdə “Vikipediya” maarifləndirici təlimlərinin təşkil edildiyini, lakin son iki ildə koronavirus epidemiyası ilə əlaqədar bu işə ara verildiyini nəzərə çatdırıb. Professor Məmməd Əliyev “Vikipediya”nın informasiya mühitində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib, yüzlərlə mütəxəssisin, müxtəlif dövlət qurumları və AMEA əməkdaşlarının, universitet tələbələrinin mütəmadi şəkildə viki-təlimlərinə cəlb ediləcəyini vurğulayıb, hər kəsə uğurlar diləyib.

Azərbaycanda “Vikipediya”nın inkişafına öz töhfəsini verən, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk çıxışında Mərkəzi Elmi Kitabxanada təlimlərə yenidən start verildiyinin sevindirici hal olduğunu qeyd edib, “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı, millət vəkili Elnur Allahverdiyevin bu prosesin ölkədə sürətləndirilməsini dəstəkləyənlərdən biri olduğunu nəzərə çatdırıb.

Çıxışçılar “Vikipediya” üzrə mütəxəssislər, Azərbaycan dilli “Vikipediya”nın idarəçiləri, “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Ayxan Zayıdzadə və Sübhan Xıdırzadə “Vikipediya”nın Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə təbliğ və təqdim edən əhəmiyyətli platformalardan biri olduğunu vurğulayıblar. Əsas gücün isə, ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində çağdaş dövrün informasiya texnologiyalarından yararlanmağı bacaran, səsimizi-sözümüzü xarici dillərdə çatdırmağı bilən gənclərin üzərinə düşdüyünü nəzərə çatdırıblar.

Qeyd edək ki, tələbələr bu təlimləri təcrübəli vikipediyaçılar, MEK-in Elektron Resurslar şöbəsinin mütəxəssisləri Nuray Tanrıverdiyeva və Səbinə Abizadədən alacaqlar. Bir ay müddətində kiçik qruplar şəklində keçiriləcək təlim zamanı tələbələrə “Vikipediya”nın mahiyyəti izah ediləcək, onlayn ensiklopediyanın iş prinsiplərinə dair məlumatlar, istifadə qaydaları və məqalə yaratmaq kimi bacarıqlar aşılanacaq. Sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!