Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 14-03-2022, 17:08
Azərbaycan və Türkiyə triatlon üzrə birgə tədbirlər keçirəcək
İspaniyanın La Nusiya şəhərində Avropa ölkələrinin Triatlon federasiyaları prezidentlərinin konfransı keçirilib.

Butov.az "Report"-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev də iştirak edib. İclasda Avropa Triatlon İttifaqının prezidenti Renato Bertrandi yaxın və uzunmüddətli planları, qarşıdan gələn yarışların təqvimi və iş strategiyası barədə hesabatı açıqlayıb.

Milli federasiyaların rəhbərləri triatlonun inkişafı, onun populyarlığının və kütləvi xarakterinin artırılması yollarını birlikdə müzakirə ediblər. Federasiyalar arasında sıx əməkdaşlığın, birgə tədbirlərin və yarışların keçirilməsinin zəruriliyi qeyd edilib.

İclasda virtual idman məsələlərinə də xüsusi diqqət yetirilib. Məhz, müxtəlif ölkələrin idmançılarının belə turnirlərdə uzaqdan iştirak etmək imkanı müzakirə olunub.

Sonra mövsümün təqvimi açıqlanıb. Burada triatlonun da təqdim olunacağı yay idman növləri üzrə birgə Avropa çempionatı xüsusi yer tutur. Yarış 12 - 14 avqustda Almaniyanın Münhen şəhərində təşkil olunacaq. 17 - 24 sentyabrda isə Bilbaoda triatlonun bütün növləri üzrə qitə çempionatı təşkil ediləcək.

E.Əliyev bir sıra federasiyaların rəhbərləri ilə danışıqlar aparıb. O, həmçinin Türkiyə Triatlon Federasiyasının prezidenti Bülent Çendiklə görüşüb. Onlar sıx əməkdaşlıq və birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!