Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 16-03-2022, 15:36
MEK-in baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq seminarda iştirak edib
Martın 14-də ADA Universitetində FantazEU Festivalı çərçivəsində Macarıstan səfirliyi və ADA Universitetinin təşkilatçılığı ilə “Macarıstan, Avropa və Azərbaycanda mədəni irsin unudulmuş tərəfi” mövzusunda seminar keçirilib.
Macarıstanın ən böyük və daim genişlənən rəqəmsal dövri məlumat bazası olan Arcanum şirkətinin direktor müavini Bizsak Elodun əsas məruzəçi olduğu tədbirdə AMEA MEK-in direktoru Məmməd Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Züriyə Qarayeva və Cəmilə Axundzadə iştirak ediblər. Arxiv işlərində müasir rəqəmsallaşma layihələrinə həsr olunmuş məruzədə Arcanum şirkətinin 30 illik təcrübəsi və 30 milyon rəqəmsallaşdırılmış nəşrlərinin olduğu, ən müasir infrastruktur və innovativ proqram mühitini özündə əks etdirdiyi qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, yalnız yerli elmi və ixtisaslaşdırılmış jurnallar, ensiklopediyalar, həftəlik və gündəlik qəzetlər deyil, həmçinin, xalçalar, müxtəlif illustrasiyalı şəkillər də rəqəmsallaşdırılır. Qeyd olunub ki, innovativ yanaşmaların mövcud olduğu saytda yalnız sözlə axtarış deyil, şəkillərlə də axtarış mümkündür. Bu istiqamətdə Azərbaycanın xüsusən qədim və orta əsrlər dövrünə aid əlyazmalar, illustrasiya nümunələrinin, xalçaların rəqəmsallaşdırılma imkanları müzakirə edilib. Məruzəçi həmçinin dövlət müəssisələrinin Arcanum şirkəti ilə əməkdaşlıq perspektivlərindən də bəhs edib. Ardınca iştirakçıların sualları cavablandırıb.
Qeyd edək ki, 16 mart 2022-ci il tarixində MEK-də Biszak Elodun növbəti məruzəsi dinləniləcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!