Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi .....                        Dəmir yollarının Astara terminalı istifadəyə verildi .....                        İrəvanda maşınlar su altında qaldı .....                        Müğənniyə ağır itki üz verdi .....                        Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu dəyişdirib .....                        Kür daşdı, əkin sahələrini su altında qaldı - FOTO .....                        Xarkovu qorumaq üçün 2 "Patriot"a ehtiyac var - Zelenski .....                        Lənkəranda qətlə yetirilən Könül haqda daha bir açıqlama .....                        Monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək .....                       
Tarix : 17-03-2022, 11:06
DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri fasiləsiz işləyəcək

Novruz bayramı ilə əlaqədar 2022-ci il mart ayının 20-dən 28-dək qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli istirahət günlərində şəhər sakinlərinin respublikanın müxtəlif regionlarına getməsi, bölgələrdən isə əhalinin əsasən paytaxta gəlməsi səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi əhəmiyyətli dərəcədə yüksəlir.

Butov.az xəbər verir ki, İdarədən Trend-ə daxil olan müraciətdə bildirilir ki, bununla yanaşı, bəzi sürücülərin tələskənliyi, mövsümi hava və mövcud hərəkət şəraitini düzgün qiymətləndirmədən ötmə və manevr etmə qaydalarını pozmaları, eləcə də müəyyən edilmiş sürət həddini aşmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması və bayramı xoş əhval-ruhiyyədə keçirməsi üçün dövlət yol polisi əməkdaşları qeyri-iş günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.
Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu, dərman preparatlarının təsiri altında və ya sərxoş vəziyyətdə əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi, azyaşlı uşaqları küçələrdə nəzarətsiz qoymamağı tövsiyə edir.

Eyni zamanda texniki baxışdan keçmənin son müddəti qeyri-iş günlərinə təsadüf edən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin inzibati məsuliyyətə cəlb edilməmələri üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!