Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 26-05-2022, 12:10
“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir - FOTO

Regionun enerji və nəqliyyat mərkəzi olan Azərbaycanın həmçinin rəqəmsal mərkəzə çevrilməsi istiqamətində infrastruktur layihələri icra olunur. Bu məqsədlə “NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” şirkəti tərəfindən Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) fiber-optik infrastruktur layihəsi həyata keçirilir.

Layihənin məqsədi beynəlxalq internet marşrutlarının Azərbaycandan keçməsi, ölkədə və regionda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafıdır.
Layihənin Azərbaycan seqmentində dəmir yolları boyunca Cənub, Şimal və Qərb istiqamətlərində beynəlxalq standartlara uyğun yeni fiber-optik kabel xəttinin tikintisi başlanılıb və sürətlə davam edir. Tikintinin ilk ayında 10%-dən çox hissəsi tamamlanıb, bu da 110 km-dən çox olan seqmenti təşkil edir. İnfrastruktur fazası üzrə tikintinin tamamlanması 2023-cü ilin ortasına planlaşdırılır. Layihənin müxtəlif mərhələlərinə beynəlxalq konsaltinq şirkətləri (“Detecon Consulting”, “DLA Piper” və s.) cəlb olunub. Bu infrastrukturun qurulması regionda multiterabitli magistral marşrutun yaradılmasına imkan verəcək, ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək.

“Rəqəmsal İpək Yolu” layihəsinin Asiya hissəsində Azərbaycan və Qazaxıstan arasında imzalanmış dövlətlərarası sazişə əsasən, Xəzərin dibi ilə Transxəzər Fiber Optik Kabel sisteminin inşası istiqamətində proses davam edir. Kabel sisteminin dənizin dibi ilə uzunluğu 380 km, məlumat ötürmə gücü ilk mərhələdə 4-6 terabit/s, növbəti dövrdə isə 16 terabit/s-dən çox olacaq. “Axiom”, “PwC” və digər beynəlxalq konsaltinq şirkətləri tərəfindən dəniz dibinin ilkin texniki araşdırması aparılıb, layihənin texniki tələbləri tərtib olunub.

Həmçinin, kabel marşrutların sxemi, kabel stansiyalarının Azərbaycan və Qazaxıstan sahillərində qurulacaq torpaq yerləri müəyyən olunub, layihəyə tələb olunan vəsaitlər ayrılıb.

Azərbaycan və Qazaxıstan şirkətlərinin Konsorsiumu formalaşıb və onun çərçivəsində birgə müəssisə yaradılması prosesi növbəti həftə tamamlanacaq. Həmçinin, təchizatçı seçimi üzrə tender prosesi yekunlaşıb, tikintinin başlanması üçün hüquqi və texniki işlər tamamlanır.

Tikintinin iki ilə tamamlanması planlaşdırılır. Transxəzər Fiber Optik Kabel Xətti layihəsinin icrasını sürətləndirmək üçün “AzerTelecom” şirkəti ilə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyi arasında müvafiq danışıqlar və razılıqlar əldə olunub, müştərək yol xəritəsi qəbul olunub və imzalanıb.

“Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.

“NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” şirkəti Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və ölkəni beynəlxalq internet şəbəkəsi ilə bağlayır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!