Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Azərbaycan daim Pakistanın yanındadır .....                        Şəmkirdə qəsdən adam öldürmə cinayətinin üstü açıldı - Birgə məlumat .....                        Narkotikə görə saxlanılan şəxs həbs olundu .....                        Liseydə güllənənən müəllimin atası danışdı - VİDEO .....                       
Tarix : 28-04-2022, 12:42
Azərbaycanda internet operatorlarının fəaliyyəti lisenziyalaşdırıla bilər
Azərbaycanda internet provayderlərin fəaliyyətinin lisenziyalaşdırılmaması müəyyən qədər xaotik vəziyyət yaradıb ki, hazırda bazarda bu xaotikliyin fəsadları yaşanır.

Butov.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, internet xidməti göstərən operatorlar daha çox bazarın əlverişli sahələrinə nüfuz edərək məhz orada xidmət göstərməkdə maraqlıdırlar.

"Bu, daha çox şəhərin mərkəzi, yeni tikilən binalardır. Amma bazarda ənənəvi operatorlar adlandırdığımız "Aztelekom" və "Baktelecom"un isə üzərində dövlət tərəfindən qoyulan öhdəlik var və bu öhdəlik ondan ibarətdir ki, onlar Azərbaycanın ən ucqar kəndinə belə interneti çatdırsınlar. Ora fiber-optik xəttin çəkilişinə qoyulan investisiya növbəti 10-15 ilə özünü doğrultmur. Amma onlar bunu etmək məcburiyyətindədir. Lakin müasir tənzimləmə mexanizmləri onu tələb edir ki, universal telekommunikasiya fondu yaradılmaqla mərkəzdə əldə olunan gəlirlərin ədalətli bölgüsü və həmin regionlarda müsabiqə elan etməklə bu regionlara xidmət göstərən operatorların, həmən mərkəzdə əldə etdikləri gəlirlər vasitəsilə subsidiyalaşdırılması təmin edilsin. Bu sahədə qanunvericilik sənədləri hazırlanmaqdadır ki, biz bazarı ədalətli şəkildə tənzimləyə bilək", - Rəşad Nəbiyev qeyd edib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!