Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                        Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO .....                       
Tarix : 7-06-2022, 10:21
Azərbaycanın Moskva iqtisadiyyatına investisiya qoyuluşu 4 dəfəyədək artıb
Son 5 ildə Azərbaycanın Moskva iqtisadiyyatına investisiya qoyuluşunun həcmi 3,8 dəfə artıb.

Butov.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Moskva hökumətinin İqtisadi Siyasət və Əmlak və Torpaq Münasibətləri Kompleksinin mətbuat xidmətinin Moskva merinin iqtisadi siyasət və əmlak və torpaq münasibətləri üzrə müavini Vladimir Yefimova istinadən verdiyi məlumatda deyilir.

V. Yefimovun sözlərinə görə, Azərbaycan biznesinin investisiya qoyuluşu 2021-ci il oktyabrın 1-nə 467 milyon ABŞ dolları təşkil edib: "Sahibkarlar vəsaitlərin böyük hissəsini kimya sənayesinə və daşınmaz əmlaka yönəldiblər. Moskva və MDB ölkələri ənənəvi olaraq sıx ticarət-iqtisadi əlaqələrlə bağlıdır, Azərbaycan Rusiya paytaxtının əsas tərəfdaşlarından biridir".

Rusiya Mərkəzi Bankının məlumatına görə, son 1 ildə (2020-ci ilin oktyabr ayından- 2021-ci ilin sentyabr ayınadək) Azərbaycanın Moskva şəhərinə investisiya qoyuluşu 15,6 % artıb.

Ümumilikdə, 2021-ci ildə Moskva ilə Azərbaycan arasında ticarət dövriyyəsi 999 milyon ABŞ dollarını ötüb ki, bu da, 2020-ci illə müqayisədə 11,8 % çoxdur. Bu ilin yanvar ayında Azərbaycan və Moskva arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% artaraq 85 milyon ABŞ dollarına yaxın olub.

"Ötən il Moskvanın Azərbaycana ixracının həcmi i424 milyon ABŞ dollarını ötüb ki, bu da bir il əvvəlkindən 6,6 % çoxdur. 2021-ci ildə Moskva şəhərinin Azərbaycandan idxalı illik müqayisədə 16 % artaraq təqribən 575 milyon ABŞ dollarına çatıb", - Moskva şəhərinin İnvestisiya və Sənaye Siyasəti Departamentinin rəhbəri Vladislav Ovçinski bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!