Kreml: Hazırda Rusiya-ABŞ sammitinə ehtiyac yoxdur .....                        PKK İraq və Suriyada da fəaliyyətini sonlandırmalıdır - Fidan .....                        Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır .....                        Siqaret qadağası tətbiq edən ilk ölkə - Maldiv adaları .....                        Türklər haqqında təsəvvürümüz Rusiyanın uydurmasıdır - Paşinyan .....                        İran nüvə obyektlərini yenidən quracaq - Pezeşkian .....                        Mbappe Anrini geridə qoydu .....                        Yamala sağalmaz xəstəlik diaqnozu qoyulub .....                        Bakıda və rayonlarda yağış yağacaq - SABAHIN HAVASI .....                       
Tarix : 17-06-2022, 15:23
Ağcabədidə keçirilən “Uşaq festivalı” unudulmaz anlarla yadda qalıb - FOTOLAR

Ağcabədi şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Uşaq festivalı” keçirilib.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti və Ağcabədi Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə giriş sərbəst olub. Festivalda xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhid ailələrinin övladları da iştirak ediblər.

GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı uşaqları salamlayaraq, festival haqqında məlumat verib. Bildirib ki, uşaqların həm intellektual, həm fiziki, həm də sosial inkişafında belə festivalların əhəmiyyəti böyükdür.

Ağcabədi regional Mədəniyyət İdarəsinin əməkdaşı İlkin Mamedov, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova da çıxış edərək, ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, onların sağlamlığının qorunması, qayğısız böyümələri, təlim-tərbiyəsi sahəsində davamlı iş aparıldığını diqqətə çatdırıblar.

Festivalda balacaların istirahət etməsi ilə yanaşı, həm də öz istedadlarını nümayiş etdirmək imkanı yaradılıb. Uşaqlara müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə bilib. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb, müxtəlif yarışlar, interaktiv oyunlar təşkil olunub.

Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin, Ağcabədi şəhər Uşaq Musiqi Məktəbinin, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin, “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin və 2 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında təşkil edilən konsert proqramları və digər əyləncələr balacalara xoş anlar yaşadıb. Tədbirin sonunda açıq havada piknik təşkil edilib.




Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!