Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 8-09-2015, 10:44
Rayon maşınları sentyabrın 15-dən Bakıya buraxılmayacaq


Rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı qayda şəhərin cənub və şimalında duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcək, bu avtomobillər sentyabrın 15-dən başlayaraq paytaxta buraxılmayacaq.

APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini Abid Şərifov bildirib.

A. Şərifov deyib ki, bəzi ekspertlər rayonlardan minik avtomobillərinin Bakıya yalnız axşam saatlarında gəlməsi ilə bağlı təklfi bəyənmirlər: “Amma bunun iqtisadi tərəfinə baxmaq lazımdı. Tutaq ki, köhnə "Jiquli" minik avtomobili ilə Bakıya gəlirik. Nə kondisioneri var, filan qədər benzin işlədir, amortizatordan isə danışılası deyil. Yayın istisində otururuq bu maşına, 3-4 uşaqla 4-5 saata Bakıya gəlirik. Halbuki o insanlar avtobusla paytaxta gəlsələr, bu qədər xərcə, əziyyətə düşməzlər. Avtobusla Bakıya gəlmək 2 dəfə ucuz başa gəlir. İkincisi, təhlükəsizlik ən önəmli məsələdir. Əhalisi Azərbaycanla müqayisə olunacaq istənilən Avropa ölkəsini, yaxud elə İsraili götürək. İsraildə 1 ildə avtomobil qəzasında 190-200 nəfər həyatını itirir, Azərbaycanda 1300 nəfər yol qəzalarının qurbanı olur, İsraillə müqayisədə 4 dəfə çox da insan isə xəsarət alır, şikəst olur. Təəssüf ki, heç birimiz bunu düşünmürük. İnsan sağlamlığı hər şeydən önəmlidir”.

Yük avtomobillərinin axşam saatlarında paytaxta daxil olması barədə tələbə toxunan A. Şərifov qeyd edib ki, Bakıda yaşayanların 10 dəqiqəlik yolu 1 saata qət etməsi ciddi narahatlıq doğurur: “Bakıda 3,5 milyon insan yaşayır, bəziləri evindən işə 10 dəqiqəlik yolu 1 saata gedir. Təcili yardım maşınlarının hərəkəti də mümkün olmur. Biz də deyirik ki, yük avtomobilləri Bakıya axşam saatlarında gəlsin. Axşam yolla hərəkət etməyin təhlükəli olduğunu deyirlər. Burada xətalı nə var? Mən burada problem görmürəm”.

Rayonlardan gələn, xəstə insanların olduğu minik avtomobillərinə gəlincə, A. Şərifov bildirib ki, yol polislərinə tapşırıq verilib ki, xəstə insanların olduğu minik avtomobillərinin Bakıya buraxılmasında heç bir problem olmasın: “Bu sahədə heç bir problem ola bilməz. Sadəcə, ilk növbədə insanların sağlamlığını düşünməliyik. Bütün gün yollardakı problemlərdən danışırıq. Kim deyir ki, paytaxta giriş bağlıdır? Bu, səhv düşüncədir. Kim istəyir, minik avtomobili ilə axşam, ya da avtobusla gündüz gəlsin. Ya da minik avtomobilini şəhərin cənub, yaxud şimal çıxışında duracaqda qoyub, şəhərə avtobusla, metro, taksi ilə gündüz gəlsin. Bununla bağlı 3 duracaq olacaq, bu duracaqlardan 2-si sentyabrın 15-dək istifadəyə veriləcək. Bu duracaqda tam şərait var, duracaqlar pulsuz fəaliyyət göstərəcək. Avtobusla şəhərə gəlsinlər, işlərini görüb, geri qayıtsınlar. Bunun nəyi pisdir? Kimsə mənə izah edə bilərmi ki, biz kimisə narahat edirik? Sadəcə, insanların təhlükəsizliyini, rahatlığı barədə düşünürük”.

A. Şərifov rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı tələbin sentyabrın 15-dən, duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcəyini də nəzərə çatdırıb.




Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!