Ərdoğandan ABŞ və İsrailin İrana hücumlarına REAKSİYA .....                        Tehrandan cavab: Xamenei vəzifəsinin başındadır .....                        Ərdoğandan İranla bağlı AÇIQLAMA .....                        Bir İtaliya, 12 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - YENİLƏNİB .....                        Netanyahu: “Xameneinin öldüyünə işarə edən əlamətlər var” .....                        Kəlbəcərdə avtomobil aşıb, xəsarət alanlar var .....                        Qəzza dünyadan təcrid olunur: bütün sərhədlər bağlı .....                        Şamaxıda yenidən zəlzələ olub .....                        ABŞ İrandakı hədəflərinin adlarını elan edib .....                       
Tarix : 26-07-2022, 14:51
IX Qlobal Bakı Forumunun videohesabatı təqdim edilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən IX Qlobal Bakı Forumunun videohesabatını təqdim edib.

Butov.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzdən məlumat verilib.

Hesabatda xatırladılır ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu 53 ölkədən 400-dən çox qonağı bir araya gətirib.

Forumun açılışında Prezident İlham Əliyev, Mərkəzin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, Albaniya Respublikasının Prezidenti, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri, Gürcüstan Prezidenti, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, BMT-nın Cenevrə ofisinin Baş direktoru, Ərəb Liqasının Baş katibi, Türkiyə Prezidenti adından sabiq Baş nazir və Mərkəzin üzvü Binəli Yıldırım çıxış ediblər.

Eyni zamanda, İtaliya Prezidenti, Böyük Britaniyanın Baş naziri, Latviya Prezidenti, Şimali Makedoniya Prezidenti, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, ABŞ-ın Romadakı BMT Agentlikləri yanında daimi nümayəndəsi və digərləri forumun işinə onlayn qoşulublar.

Qeyd edək ki, IX Qlobal Bakı Forumu zamanı 11 paneldə 30 saat davam edən müzakirələrə 24 sabiq prezident, 13 sabiq Baş nazir və 18 sabiq Baş nazirin müavini, həmçinin xarici işlər nazirləri qatılıblar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!