Ceyhun Cəlilov özünə köməkçi təyin edib? .....                        Tramp arıqlamaq istəyir .....                        Bütün Türkiyənin danışdığı ailə faciəsində YENİ DETALLAR .....                        Terroru maliyyələşdirməkdə ittiham olunan şəxslərə ağır cəza verildi .....                        AFFA Hakimlər Komitəsində yeni sədr .....                        Azər Allahverənov yeni vəzifəyə seçildi .....                        Oğuzda ağır qəza - ölən var .....                        Sülh danışıqlarında ciddi irəliləyiş var .....                        Ceyhun Bayramov Vatikanda .....                       
Tarix : 26-07-2022, 15:45
Azərbaycanda otellərdə gecələmələrin sayı kəskin artıb

Bu ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8% artaraq 1027,0 min olub.

Butov.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gecələmələrin 55,1%-i Bakıda, 6,8%-i Qəbələdə, 6,8%-i Qubada, 5,5%-i Qusarda, 5,5%-i Şabranda, 3,3%-i Lənkəranda, 3%-i Naftalanda, 2,2%-i Naxçıvan Muxtar Respublikasında, 1,3%-i Xaçmazda, 1,1%-i Şamaxıda, 0,9%-i Şuşada və 8,5%-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 min olub ki, bu da ümumi gecələmələrin 49%-ni təşkil edir. Gecələmələrin 11,9%-i Səudiyyə Ərəbistanı, 11,5%-i Birləşmiş Ərəb Əmirlikləri, 11,5%-i Türkiyə, 10,7%-i Rusiya Federasiyası, 4,4%-i Böyük Britaniya, 3,9%-i Küveyt, 3,8%-i İsrail, 3,5%-i Hindistan, 3%-i ABŞ, 1,9%-i Pakistan, 1,9%-i Qazaxıstan, 1,7%-i Almaniya, 1,5%-i İtaliya, 1,4%-i Gürcüstan, 1,4%-i Qətər, 1,2%-i İran, 0,9%-i Özbəkistan, 0,8%-i Niderland, 0,7%-ii Ukrayna, 0,6%-i Fransa, 21,8%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,9%-i Bakıda, 6,2%-i Qəbələdə, 4,5%-i Qusarda, 3,1%-i Qubada, 2,3%-i Naftalanda, 1,1%-i Şabranda, 0,7%-i Naxçıvan Muxtar Respublikasında, 2,2%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 523,5 min olmuşdur ki, bu da ümumi gecələmələrin 51,0%-ni təşkil edir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!