İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 22-08-2022, 19:59
Sentyabrda karantin sərtləşdiriləcək?


Sentyabrda karantin sərtləşdiriləcək?

Son günlər koronavirusa yoluxma hallarının artması fonunda karantin rejiminin sərtləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. İddia olunur ki, payızda yoluxma kəskin artacaq, bu səbəbdən gələn aydan - sentyabrdan etibarən sərt karantin qaydalarının tətbiqinə start veriləcək. İndiki durumda qapanmaların olması real görünürmü? Bu barədə danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bildirib ki, yoluxma hallarının sayında artım göz qabağındadır. Payıza doğru getdikcə yoluxmaların artması ehtimalı yüksəkdir. Lakin həkim hesab edir ki, virusa yoluxanların sayının çox olması, qapanmalara əsas vermir. “Hazırda istər maska, istərsə də əlavə vaksin qəbul olunması könüllüdür. Yəni tövsiyə xarakterlidir. Hər bir insana könüllü şəkildə qapalı və insanların çox olduğu məkanlarda xəstəliyin yayılmasının qarşısını almaq üçün maskadan istifadəni tövsiyə edirik. Əgər vaksinin qəbulundan 6 ay keçibsə, hər bir şəxs könüllü olaraq, təkrar vaksin qəbul edə bilər. Bunların məcburi olmasına isə əvvəlki günləri analiz etməklə qərar vermək olar. Təbii ki, qaydalar Opertiv Qərargah tərəfindən müəyyənləşdirilir. Ancaq yoluxma hallarının artması qapanmalar və məhdudiyyətlər üçün əsas vermir. Yoluxma halları artıq bir müddətdir ki, artır. Ancaq əvvəlki dalğalarla müqayisədə xəstəxanalara yerləşdirilənlərin sayı çox deyil. İnsanlar xəstəliyi ev şəraitində, yüngül formada keçirdiyinə görə, əlavə məhdudiyyətlərin tətbiq edilməsini real saymıram. Ancaq önümüzdəki günlərdə yoluxmaların sayı və xəstəliyin ağırlıq dərəcəsi artarsa, bəzi məhdudiyyətlər bərpa edilə bilər”, - deyə TƏBİB nümayəndəsi vurğulayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!