İsrail Tehran əhalisinə çağırış etdi: bu əraziləri tərk edin! .....                        İrandan Azərbaycana 917 nəfər təxliyə edilib - 204-ü öz vətəndaşımızdır .....                        İordaniya hava məkanını yenidən açdı .....                        İran gərginliyi: İsrail yüzlərlə həkimi geri çağırır .....                        Deputatın şirkətinə protokol yazıldı .....                        Bağlanan özəl universitetin binası BDU-ya verildi .....                        Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu - FOTO .....                        Qazaxıstan da vətəndaşlarını Yaxın Şərqdən çıxırır .....                        Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi .....                       
Tarix : 18-10-2022, 13:14
Miqrasiya işçilərini sevindirən xəbər


Miqrasiya işçilərini sevindirən xəbər

Miqrasiya işçilərini sevindirən XƏBƏR
Miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində əlavə alacaqlar. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. Qanun qəbul ediləcəyi təqdirdə gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Hazırda miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Eyni zamanda miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər. Layihəyə əsasən, 2023-cü il yanvarın 1-dən bu maddələr qüvvədən düşəcək. Başqa sözlə, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilməyəcək, hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilməyəcək. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!