Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
Tarix : 21-01-2023, 23:47
Azərbaycan sülh danışıqlarının qısa zamanda keçirilməsinə hazırdır - XİN


Azərbaycan sülh danışıqlarının qısa zamanda keçirilməsinə hazırdır - XİN

Azərbaycanın Ermənistanın təkliflərinə hələ də cavab vermədiyinə dair fikirlər səsləndirmək və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq əvəzinə, Ermənistan naziri gərək sülh sazişinin hazırlanması üzrə ilk təklifin kimdən gəldiyi, baza prinsiplərinin ilk olaraq kim tərəfindən verildiyi, sülh sazişinin elementləri üzrə ilk layihəni Cenevrə görüşündə kimin təqdim etdiyi, eləcə də hər bir layihəyə Azərbaycan və Ermənistanın hansı müddət ərzində rəy bildirdiyi məsələlərinə aydınlıq gətirərdi. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yanvarın 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualını cavablandırarkən bildirib. A.Hacızadə deyib ki, ötən ilin dekabrında Ermənistanın sülh sazişi üzrə son təkliflərini verən kimi məhz bu təkliflərlə sənədi dərhal imzalamağa hazır olduğunu bildirməsi bu ölkənin saziş üzrə danışıqlar prosesinə ciddi yanaşmadığını nümayiş etdirib. Ermənistan tərəfi proses üzrə manipulyasiya əvəzinə, görüşə hazır olub-olmadığını bəyan etməlidir. “Bir daha vurğulamaq istərdik ki, Azərbaycan tərəfi sülh sazişi üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”, - deyə XİN-in sözçüsü qeyd edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!